Diplomatın geyimi

Diplomatların geyiminə tələblər ölkədən, onun adət-ənənələrindən, iqlimindən asılı olaraq fərqlənir. Hal-hazırda geyim formasında rəsmiyyətçiliyə daha az  meyl bərqərar olmaqdadır. Buna baxmayaraq, riayət edilməli olan standart qaydalar mövcuddur (bəzi ölkələrin diplomatlarının geyindikləri diplomatik uniforma və milli     geyim­lərdən başqa).
____________________________________
Geyimin formasına standart tələblər adətən dəvətnamədə göstərilir. Bununla əlaqədar qadın geyimlərinə dair yalnız «müvafiq» qeydi mümkündür.
____________________________________
Qadın geyimi formal toplantılar abu-havasına canlan­dırma gətirir və xanımların individuallığını qabardır.
Ayrı-ayrı ölkələrdə, ənənəyə görə, bəzi tədbirlər üçün seçim imkanı çox məhduddur. Məsələn, R.C.Feltxemin təsvir etdiyinə görə, Böyük Britaniyada kişilər üçün aşağıdakı imkanlar mövcuddur:


Ardı →

İşgüzar imicin elementləri

Kitablara üz qabığına,insanlara isə görünüşünə görə fikir yürüdürük.Ona görə də əgər siz iş axtarır və ya onu saxlamaq istəyirsinizsə,sizin imic böyük əhəmiyyyət kəsb edir.Müasir dövrdə geyim həm də daxili korporativ məəniyyətin təcəssümüdür.Fərqi yoxdur,siz ənənəvi və ya ultramüasir modanın tərəfdarısınız,gərək sizin iş geyiminiz işlədiyiniz yerə uyğun olsun.

  • Firmaların çoxunun daxili qaydaları tələb edir ki,işçi kişilər ikibortlu yox,birbortlu kostyum geysinlər.Çünki amerikan pencəyi(birbortlu) daha klassik,avropa pencəyi nisbətən daha modalı adam təəssüratı yaradır.Amerikan stilində əgər 2 düymə varsa yuxarıdakı,3 düymə varsa ortancıl düymə bağlı olur.Avropa stilində isə bütün düymələr bağlı olur.
  • Yaxşı olar ki,kişi kostyumu 100% yun(yun qabardin) parçadan olsun.Kostyumu alanda parçanı əlinizdə sıxın ki,görün o əzilir ya yox.Əzilirsə,qırışlanırsa,onu almağa dəyməz.Kostyum adi iş yerində gərək səhər geydiyiniz kimi ütülü,səliqəli olmalıdır.
  • Deməyə ehtiyac yoxdur ki,biznes üçün uzunqol köynək lazımdır.Ağ köynəklər daha formal görünür(xüsusilə də korset ilə geyinilibsə),açıq-mavi rənglilər isə daha sadə görünür.Çox kişilər köynək altından mayka geyinməsələr də,onu geymək daha yaxşı olar.Mayka dərini köynək parçasının qıcığından qoruyur,köynəyi tərlətmir,ona daha yaxşı forma verir.
  • Qalstukun eni gərək 7-9 sm olsun.Qalstukun uzunluğu şalvar kəmərinin yuxarı hissəsinə qədər çatmalıdır.
  • Amerikanların «suspenders»,ingilislərin «braces»,rusların подтяжки adlandırdıqları çiyinbağı yaxşı olar ki,düyməli olsun(sancaqla bağlanmasın).
  • Ayaqqabı və kəmərlər üçün qara və ya təbii dəri rəngi məsləhətdir.
  • Pencəyin döş cibi üçün yaylıq vacib deyil,bizlərdə onu çoxları taxmır.Ciddi firmada işləyirsinizsə,onu taxmaq çox da yaramır.Əgər yaradıcı işdə çalışırsınızsa(moda,reklam,şou-biznes),onu geymək olar.Yaylıq ilə kostyum gərək eyni parçadan olmasın.Bəzən qalstuk və yaylıq komplekti bir yerdə satılır.Onu geysəniz,modadan başı çıxmayan insan təəssüratı yaradarsınız.
  • Lap sizin müdiriniz belə sırğa,braslet və ya kulon taxırsa,mən sizə işdə belə bəzəkləri taxmağınızın əleyhinəyəm.Siz adsız barmağınızda nişan üzüyü və ya gözəçarpmayan bir üzük daha bilərsiniz.Metal braslet və ya qara klassik kəmərdə olan saatlar kostyuma yaraşır.Plastikdən saat taxmaqla özünüzü çox zövqsüz göstərərsiniz.
  • Yaxşı qələm də öz sahibi haqda çox söz deyir,çalışın bu aksessuara da fikir verin.
  • Diqqətli olun;cülgünü elə geyin ki,ayaqlarınızın çılpaq yeri görsənməsin.

aaa
Davamı →