Körpələrdə diş çıxarma

Əksər körpələrdə 6 ayında kəsici dişlər çıxmağa başlayır, lakin bəzilərində 3 ay kimi erkən bir dövrdə də diş çıxması normaldır — hətta  bəzi körpələr dişləri çıxmış vəziyyətdə doğulur, lakin bu normal deyil. Digər körpələrdə dişlər gec çıxır, ancaq uşaq ilk ad gününədək diş çıxartmasa, bu barədə həkimlə məsləhətləşmək məsləhətdir.
Davamı →

Körpələrdə diş çıxartmada gecikmələr

Körpələrin ilk dişləri təxminən yeddi aylıqlarında görünməyə başlayır. Adətən diş çıxarma əlamətləri dişlərdən iki-üç ay əvvəl özünü büruzə verir. Bu simptomlar hər uşaqda müxtəlif formalarda özünü göstərir. Adətən diş çıxaran bir körpədə ağız suyunun axması, tüpürcəyin mütəmadi olması səbəbindən meydana çıxan çənə və ya üz nahiyyəsində qızartılar, dəridə qurumalar, yüngül öskürək, dişləməyə meyilliliyin artması, ağrı, yeməkdən imtina etmək, ishal, hərarətin artması, yuxu pozuntuları, qulaq çəkişdirmə, yanaq qaşıma kimi əlamətlər meydana çıxa bilər.

Lakin bəzən ilk dişin çıxmasına təxminən üçüncü ayda, bəzən isə on iki və daha sonrakı aylarında rast gəlmək mümkündür. Dişlərin çıxması vaxtı adətən irsi xarakter daşıyır. Yəni, erkən diş çıxarmış valideynlərin körpələrində də bu halın təkrarlanması normaldır. Lakin bunun başqa səbəbi də ola bilər.
Davamı →

Körpələrdə diş çıxması zamanı xalq təbabəti üsulları ilə yardım

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman birincili epidermal səhfə və ya diş lövhəsi şəklində olur.

Hamiləliyin birinci trimestrində ananın sağlamlığı dişin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusmalar nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur. Artıq bətndaxili inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbacığı, diş məməciyi və emal orqandan ibarət gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir. Beşinci aydan sonra körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və 5 yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.

Uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud tutulduğu hər hansı xəstəliklər əsas yer tutur.
Davamı →

Süd dişləri

sud disləriKörpələr süd dişlərini çıxararkən orqanizmlərində bəzi dəyişikliklər baş verir. Qızdırma, ishal, iştahasızlıq, arıqlama və s. bu dəyişikliklərdən ancaq bir neçəsidir. Körpələr əsasən 6-cı aydan etibarən süd dişlərini çıxarmağa başlayır və 2 yaş yarım olduqda tamamlayırlar.
Bəzi körpələr isə 4 aylarından sonra, bəziləri isə 12-16 aylıqlarında diş çıxarırlar. Mütəxəssislər belə hallara çox nadir rast gəlsələr də, normal olduğunu bildirirlər. 

Süd dişləri düzgün danışmaq və qidalanmaq üçün əhəmiyyətli olduğu kimi, sonradan çıxacaq daimi dişlərin normal çıxması üçün də əhəmiyyətlidir. Körpələr dişçıxarma dövründə həssas olduqları üçün xəstəliklərə tutulma ehtimalları da artır. Məsələn, onlar tez-tez qızdırırlar. Əgər qızdırma 38 dərəcədən çoxdursa, demək, bu, xəstəlikdən xəbər verir. Ona görə də tədbirli olmaq, həkimə müraciət etmək məsləhətdir. Əgər ishal, öskürək prosesi uzun sürərsə, deməli, yenə də həkim məsləhətinə ehtiyac var.

Dişçıxarma dövründə tüpürcək artdığı üçün öskürək, dodaq və yanaq ətrafında qızartılar, yüngül çatlar müşahidə olunur. Buna görə də tüpürcək yumşaq bir dəsmalla qurulanmalı, qızaran və çatlayan yerlər nəmləndirici ilə nəmləndirilməlidir. Digər tərəfdən, tüpürcəyin artması ilə əlaqədar diş ətində qaşınmalar baş verir. Bu vaxt plastik olmayan rəngli süni “diş qaşıyıcılarından” istifadə etmək olar. Diş çıxarkən ətrafında qanama halları da baş verir. Bundan narahat olmayın. Bir də unutmayın ki, körpəyə dişçıxarma dövründə də, həmçinin ondan sonra da ən böyük dərman ana şəfqətidir.

Həmçinin bax:  Süd dişlərinə qulluq 


Davamı →