Güvən verməyin 19 yolu

1. Duruşunuz dik olsun: Duruşunuz dik olsa, «Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: „Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.”

2. İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qəşəng geyinin. Büdcənizi aşın demirəm, amma geyiminizə diqqət edin. Sərfəli şərtlərdə də qeşəng geyinə bilərsiniz. Bunun necə olacağı barəsində əmin deyilsinizsə, tövsiyyələr ala bilərsiniz.
Davamı →

Valideynlərin uşaqlarda itirdikləri güvən problemi

Ata-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Əgər uşaq valideylərindən güvən hissini doya-doya ala bilirsə, öz kollektivindən güvən hissini ala bilirsə, şiddətə məruz qalmırsa, “dərsini niyə etməmisən? sənin kimi tənbəl uşaq heç görmədim”, “sənin kimi uşaqdansa heç uşağım olmayaydı kaş” valideynlər bu tipli uşağın duyğusuna xitab edilən cümlələr işlətmədikcə, şiddət görmədən, uşaq olduğu halı ilə evin içərsində qəbul edilirsə, o evin içərsində uşaq xoşbəxtdirsə, anasından əmindirsə o uşaqda güvən problemi olmaz.

Uşaq nəyə görə anasından əmin olmalıdır? Anasının onu döyməyəcəyindən, onu söyməyəcəyindən, onu təhqir etməyəcəyindən əmin olmalıdır.
Davamı →