Fərqli yaşdakı uşaqlarda yaddaş inkişaf etdirmə üsulları

Bu ola bilər? Uşaqlar həqiqətən hər şeyi unudurlar, yoxsa qoruyucu bir mexanizmi var — mənfi məqamların «qarşısını» alır? Uşağın yaddaşı seçici və emosional rənglidir. Buna görə, körpənin 1-2 ay ərzində sizi unutması ehtimalı yoxdur, çünki ana körpənin ilk duyğu stimuludur. Bəli, belə olur ki, uşaqlar anasından inciyirlər və gəldikdən sonra bir müddət ona yaxınlaşmaq istəmirlər. Ancaq bu davranışı böyük ehtimalla unutqanlıq deyil, başqa motivlər diktə edir.

Davamı →

Körpəm barmaqların ucunda gəzir...

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? — analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa «düzgün» yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi «xodunki»də yeriməyə öyrənir. Bir çox hallarda məhz «xodunki» uşaqda bu vərdişi formalaşdırır — uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.


Ardı →

Körpəni güvəcə nə vaxt öyrəşdirmək olar?


8-8,5 ayında uşaq müstəqil oturmağa başlayanda onu güvəcə (bayıra) getməyə öyrəşdirmək olar.  Buna artıq 4-5 ayından başlamaq lazımdır.

Hər dəfə uşaq bayıra gedəndə onu güvəc üzərində tutmaq lazımdır. Diqqətli ana uşağın davranışından onun nə istədiyini başa düşür.

Bəzi fizioloqlar və psixoloqlar hesab edirlər ki, uşağı 12-18 ayından güvəcə öyrəşdirmək lazımdır. Çalışın güvəcdə oturmaq uşaq üçün oyuna çevrilməsin, o bundan yalnız lazımi məqsəd üçün istifadə etsin.

Ona görə də onu nəticə olmasa da güvəcdə 5-10 dəqiqədən artıq oturmağa qoymayın. Qeyd etməliyik ki, gigiyenik vərdişlərin formalaşmasında uşağın yaşı deyil, onun inkişaf səviyyəsi əsas rol oynayır.


Davamı →

Düzgün qidalanma

uşaqların qidalanmasıQidalanma sağlamlığın ən önəmli faktorlarından biridir. Mütəxəssislər bildirirlər ki, əksər xəstəliklər balanslı şəkildə qidalanmamaqdan qaynaqlanır. Xüsusən də uşaqların düzgün qidalanması daha önəmlidir, çünki rejimsiz qidalanan uşaqların zehni və fiziki inkişafında qüsurlar — yaddaşsızlıq, ifrat köklük, şəkər xəstəliyi və s. meydana çıxır. Uşağın lap körpə vaxtından qidalanmasına hər zaman nəzarət etmək lazımdır.

0-6 aylıq körpənin qidalanması: körpə 6 aylıq olana qədər yalnız ana südü içməlidir. Ana südü körpənin fiziki-zehni inkişafı, immunitet sistemini gücləndirdiyi, körpənin xəstəliklərə yoluxma ehtimalını azaltdığı üçün əvəzsiz qida sayılır.

6-9 aylıqda qidalanma: 6 aydan sonra körpəyə ana südü ilə yanaşı, bu qidanı dəstəkləyəcək əlavə qidalar verilə bilər. Əlavə qidalar, əvvəlcə, az miqdarda verilməlidir. Meyvə-tərəvəz püreləri, təzə meyvə şirəsi, qatıq, duzsuz pendir, çörək vermək olar. Çalışın körpəni şokolada, şəkərli qidalara, duz və südlü yeməklərə alışdırmayın.


Ardı →

Körpələrin inkişafı | Düzgün qidalanma

Uşaqların inkişafında qidalanmanın rolu önəmlidir. Mütəxəssislər 1 yaşı olmayan körpələrə bal, yumurta ağı, şokolad, kakao, çiyələk, pomidor, kivi, fıstıq əzməsi kimi allergiya potensiallı yüksək qidalar, dəniz məhsulları, kolbasa, sosiska, konserv və dondurulmuş qidalar, qatqılı, duzlu, souslu, ədviyyatlı hazır qidalar, çərəz, saqqız kimi boğulmaya səbəb ola bilən dənəvər qidaların verilməsinin düzgün sayılmadığını bildirirlər. Bu məhsullar allergiya və zəhərlənməyə səbəb ola bilər. 

Səhər və günorta yeməklərinə əlavə edəcəyiniz meyvə püresi körpəniz üçün daha ləzzətli ola bilər. Meyvəni yaxşıca yuyun, qabığını soyub dilimləyərək şüşə sürtgəcdən keçirin. Səhər və günorta payları arasına əlavə etdiyiniz bu meyvə püresi körpəniz üçün daha ləzzətli olacaq.
8 aydan sonra isə mərci, tərəvəz şorbaları hazırlayıb vermək olar. Günorta öynəsində veriləcək tərəvəz şorbasına qış mövsümündə kələm,  ispanaq, kərəviz, gül kələm, təzə paxla və s. əlavə edə bilərsiniz. Körpələrə altıncı aydan etibarən tərəvəz şorbalarına kibrit qutusu böyüklüyündə iki dəfə çəkilmiş yağsız qiymə, yeddinci-səkkizinci ayında isə balıq, mal, toyuq əti əlavə oluna bilər. Səkkizinci və doqquzuncu aylardan sonra körpəyə verilən dolma, plov, makaron, küftə onun iştahasını daha da açır.


Davamı →