Kişilər sosial şəbəkələrdə

1. Dərin fikirlər həvəskarı
«Dostlar — özümüzün seçdiyimiz bir ailədir».
O, özünə çox ciddi yanaşır, ona hər zaman güvənmək olar. O, hər şeyi yaxşı-yaxşı düşünüb, daha sonra hərəkətə keçməyə meyllidir.

2. Şikayətçi
«Fürsətdən istifadə edərək, bu gün dördyol ayrıcında qabağıma çıxana salam deyirəm».
Əgər sosial şəbəkələrdən bütün dünyaya öz kədərini çatdırmaq üçün istifadə edirsə, adi həyatda diqqətə ehtiyacı var. Çünki insan qəmli, kədərli halında daha çox diqqət qazanır.

Davamı →

İdeal kişi

Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir.

Əslində bunu bir çoxu qəbul etməsə də, reallıq ondan ibarətdir ki, istənilən münasibətdə iki nəfərdən biri mütləq dominant olur. Burda xüsusi xəyali tərəzi ilə mizana gələcək bölgü yoxdur ki, münasibətdəki dominantlıq əlli-əlliyə bölünsün. Həmişə bir nəfərin sözü daha keçərli olur. İstənilən halda münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilər. Bu sıxıntını daha çox elə qadının özü çəkir. Çünki qadınlar daha çox xaraktercə güclü kişiləri sevirlər. Bu, onlarda təkamülün ilkin çağlarından qalma irsi haldır. 
Davamı →

Qadınlar kişilərdə nələri sevmir?

Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır? 

Ağ şalvar: Çox xüsusi bir gün olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma isə əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar 80-ci illərin «Miami Vice» zamanlarında qalıb.

Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyinən varmı? Əgər varsa, əsla geyməyin.
Davamı →