Südüm yoxdur

Təbiətdə anadangəlmə süd verməyə qabil olmayan qadınla­r cəmi 2,4%, müxtəlif fizioloji səbəblərə görə sonradan laktasiya prosesi pozulan qadınların isə 1 – 5% təşkil etmələrindən asılı olmaya­raq, xüsusən sənayeləşmiş ölkə və şəhər­lər­də statistik göstəricilərə baxmayaraq “südüm yoxdur” yaxud “südüm kəsildi” təzad doğuran məşhur ifadələrdəndir.

Bunun başlıca səbəbi obyektiv və subyektiv əsaslara görə kifayət qədər maariflən­məyən gənc ananın özünə inamının az olması nəticəsində bir sıra iqtisadi, sosial, mədəni təsirlərə tez məruz qalmasıdır. Əksinə, süd əmizdirmə­yin həyat tərzinin təbii tərkib hissəsi olduğu, bu sahədəki təcrübənin nəsildən – nəsilə ötürüldüyü və yüksək qiymətləndirildiyi cəmiyyətlərdə isə hətta ana, yaxud uşağın səhhətində nasazlıqlar olduğu halda belə laktasiya prosesi uğurla həyata keçirilir.
Davamı →

Relaktasiya

Adətən ananın bədəni hələ hamilə olarkən laktasiyaya hazır olur və körpənin doğulması prosesi süd istehsalı üçün ananın döşlərinə ötürülən siqnal rolunu daşıyır.

Körpə əmdikcə, süd ifraz olunmağa davam edir. Körpə doğulduqdan dərhal sonra döşə qoyulmasa və ya əmizdirmə qısa müddət sonra dayandırılsa, süd “quruyur”.

Relaktasiya, laktasiya dayandıqdan bir neçə həftə və ya aylar sonra ananın süd ehtiyatını yenidən bərpa etməsi prosesidir. Bu proses səbr və əzm tələb edir, lakin mümkündür. Körpənin əmməsi, süd ifrazını stimullaşdırır. Hətta bəzi analar, övladlığa götürdükləri körpəni əmizdirmək üçün döşlərində süd əmələ gətirməyə nail olublar. Bu, süd istehsalının yenidən stimullaşdırılması adlanır.
Davamı →

Analara əziyyət verən D-MER nədir?

Südün Disforik Gəlişi Refleksi (ing. Dysphoric Milk Ejection Reflex, qısaca olaraq D-MER) laktasiya edən qadının əmizdirmə əsnasında qəfil disforiyası və ya sadə dil ilə desək, südün gəlməsindən öncə mənfi emosiyaların bürüdüyü və bunun bir neçə dəqiqə davam etdiyi bir haldır.

Disforiya dedikdə, xoşagəlməz halda olmaq, əhvalsızlıq keçirmək, qəmgin, depressiv, qıcıqlı, rahatsız, ürəksıxılmaları kimi hisslər yaşamaq nəzərdə tutulur. Disforiya eyforiyanın tamamilə əksi kimi qeyd etmək olar.

İlkin araşdırmalar göstərir ki, D-MER hətta kəskin hallarda belə müalicə olunur. Onun əsas səbəbi dopamin hormonunun südün gəlişi refleksi zamanı qeyri-adekvat fəaliyyəti ilə əlaqədardır. Bu refleksi anlamaq üçün bilməliyik ki, süd döşlərə hələ axmamışdan öncə südün gəlişi üçün prolaktin hormonunun səviyyəsi qalxmalıdır. Dopamin hormonu prolaktin hormonunun ifrazına nəzarət etdiyindən, dopaminin səviyyəsi azalmalıdır ki, prolaktinin səviyyəsi qalxsın. Prolaktin artmağa başladıqda dopamin sabitləşməyə başlayır. Bu mexanizm bütün əmizdirən qadınlarda müşahidə olunur.
Davamı →