Uşaqlarda təşviş pozuntusu

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür rahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər.


Davamı →

Müşahidə | Virciniya Vulf

Virciniya Vulfİçəridə istidən və adam əlindən durmaq mümkün olmayanda, belə bir gecədə rütubətdən nəm olmaq təhlükəsinin olmadığını görəndə, Çin çıraqları sehrli meşənin dərinliklərində qırmızı və yaşıl meyvəyələrə bənzəyəndə, cənab Bertram Priçhard missis Latamla bağçaya çıxdı. 

Açıq hava və evdən kənarda olma hissi hündürboy, yaraşıqlı, daha çox astagəl təəssüratı yaradan bir xanım olan Saşa Latamı çaşqınlığa salmışdı. Onun zəhmi elə ağır idi ki, hər hansı bir yığıncaq zamanı o, söz demək istəyəndə, insanlar onu nöqsanlı və ya kobud kimi qəbul etmirdilər. Amma iş belə gətirmişdi ki, o, evdən kənarda belə güvəniləcək, dayanmadan söhbət edə bildiyi Bertramla idi və bu onu şad edirdi. Bertramın dedikləri yazıya alınsaydı, inanılmaz bir şeyə bənzəyərdi, çünki onun hər dediyi söz nəinki öz-özlüyündə boş və mənasız idi, üstəlik onun cümlələri arasında da heç bir əlaqə yox idi. 

Həqiqətən də, biri əlinə qələm alıb onun hər sözünü yazsaydı (onun bir gecə ərzində söylədikləri bir kitab qədər olardı), heç şübhəsiz ki, yazılanları oxuyan bir adam yazığın əqli cəhətdən inkişaf etmədiyini düşünərdi. Amma bu belə deyildi, çünki cənab Priçhard hörmətli bir mülki məmur və Batın ortaqlarından idi. Ən qəribəsi isə o idi ki, o, demək olar ki, hamı tərəfindən dəyişməz olaraq bəyənilirdi. Onun səsində və intonasiyasında xüsusi bir nəsnə, fikirlərinin absurdluğunda bir möhtəşəmlik, onun yumru, xoş qəhvəyi sifətindən və qar quşuna bənzəyən bədənindən saçan şüa, əksər vaxtı onun dediklərinə müxaliflik yaradan gözəgörünməz və mənəvi nə isə, sanki mövcud olan və çiçəklənən, özünü onun sözlərindən ayrı, müstəqil hiss etdirən bir çalar var idi səsində.
Ardı →

Əzələni məşq etdirmək diabetdən xilas edir

Danimarka və ABŞ tibb mütəxəssisləri hesab edir ki,əzələnin güc tətbiqi altında məşq etdirilməsi 2-ci tip şəkərli diabet riskini 3 dəfəyə qədər aşağı salır.Güc tətbiqinin aerobika ilə birgə tətbiqi xəstələnmə ehtimalını 60%-ə qədər azaldır.Mütəxəssislər 18 il ərzində 32 min nəfəri müşahidə altında saxlamışlar.
Ardı →