Azərbaycanda əkinçilik və maldarlıq

Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini öyrənmək, mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi-istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Azərbaycanın təbii-coğrafi şəraiti ta qədim dövrlərdən burada əkinçilik mədəniyyətinin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Azərbaycanın müxtəlif rayonlarında: Qəbələ, Örənqala, Yaloylutəpə, Kültəpə, Xocalı, Qaraköpəktəpə və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri qalıqları Azərbaycanda son neolit və Tunc dövrlərindən başlayaraq burada əkinçilik mədəniyyətinin yayılmasını sübut edir. Xocalı, Üzərliktəpə və Kültəpə yaşayış məskənlərindən əldə edilən bərk və yumşaq buğda və arpa bitkiləri qalıqları hələ uzaq keçmişdə bu ərazidə geniş miqyasda dənli bitkilərin becərildiyini təsdiq edir.


Ardı →