Faydalı və ziyanlı - NAR

Bir çoxlarının sevdiyi və faydalarını saymaqla qurtarmaq bilməyən nar üçün ölkəmizdə xüsusi olaraq «Nar bayramı» qeyd olunur, İsraildə Yeni il bayramında bu meyvədən mütləq süfrəyə qoyulur, İranda isə ona abidə ucaldılıb. “Meyvələrin şahı” olan nar barəsində nələri bilmək lazımdır, o nəyə xeyirdir və onu necə seçmək lazımdır?

Davamı →

Narın bilmədiyimiz faydaları

Nar xalq təbabətində geniş istifadə olunan meyvələrdən biridir. Mütəxəssislərin qənaətinə görə, bir ədəd narın tərkibində insana lazım olan gündəlik vitaminin 40 faizi var. Yunan mifologiyasında nar tanrının qidası sayılır. Onun təsviri Misir piramidalarında tapılıb. «Cənnətdən gələn meyvə» ifadəsi də məhz bu anlamda işlənir.
Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev narın bir çox vitamin və minerallarla, bədənin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərə zəngin olduğunu bildirib:
Davamı →

Nar qabığı


Olduqca ləzzətli və faydalı olan narın tək dənələri deyil, qabığı və pərdələri də sağlamlığa olduqca xeyirdir. Qabıqları ilə dəriyə qulluq maskaları hazırlaya biləcəyiniz narı başqa necə istifadə etmək olar? Ailem.az bununla bağlı faydalı məsləhətlər verir.

C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen formasını dəstəkləyərək daha parlaq və sağlam bir görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə də faydalı olduğu sübut olunub.
Davamı →

Nar şirəsini necə içmək lazımdır?


Nar və nar şirəsi bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Nar şirəsi ürək üçün olduqca faydalıdır, damarları təmizləyir, yuxarı təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır, immun sisteminə müsbət təsir edir, orqanizmə xərçəng əleyhinə təsir edir. Lakin bütün bu faydalı xüsusiyyətlərdən bəhrələnmək üçün nar şirəsini düzgün qəbul etmək lazımdır.

İlk növbədə qastrit, xora xəstəliyi, qəbizlik və pankreatit zamanı nar şirəsini içmək tövsiyə edilmir.
Davamı →

Narla müalicə

Müqəddəs Qurani Kərimdə narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir.

Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür ( xurma, zeytun, üzüm, nar) Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2, B3, C vitaminlər vardır. Tərkibindəki kalium və natrium (biri hüceyrənin içində, biri çölündə) bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradar.

Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmaz. Tərkibindəki zəngin kalium hesabına bədənə yığılmış artıq maye (ödemlər) xaric olunur. Nar ürək qan-damar sistemini qüvvətləndirir, ürək əzələsinin vurma gücünü artırır. İbni Sina demişdir: əgər böyrəklərinizdə iltihab varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin.
Davamı →

Nar qabığının faydalı xüsusiyyətləri

Nar qabığı bir çox xəstəliklərin dərmanıdır. Nar qabığının altındakı yüzlərlə nar dənələri bizim səhhətimiz üçün faydalı olduğunu çoxlarımız bilirik. Bəs nar qabığının səhhətimiz üçün faydalarından məlumatımız varmı?

Nar şirəsi damar sağlamlığını və ürəyi qidalandırdığı bildirilir. Həmçinin nar şirəsi damar tutulması və qanda yaranan laxtalanmanın qarşısını almaqla bərabər qan təziqinin normallaşmasına da köməklik edir.

Narın möcüzəvi faydaları
Mütəxəssislər bildirirlər ki, nar yeyildikdən və ya şirəsi sıxıldıqdan sonra qabığını zibilə atılır. Çində son illər ərzində aparılan araşdırmalara görə, nar qabığının, suyuna görə daha çox vitaminlər ehtiva etdiyini bildirilir. Narın şirəsi sağlamlığımıza faydalı olduğu kimi narın qabığı da şirəsindən daha da vitaminlidir. Nar qabığının tərkibində olan ellagik turşusu bütün xərçəngə qarşı qabaqlayıcı faydalar malikdir.
Davamı →

Narın faydaları

  • Flora

narTövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.

Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.

Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.

Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.


Ardı →