Psixoloji fenomenlər

6-7 saat yatanlar vaxtsız ölüm riskilə 8 saat atanlardan daha az qarşılaşırlar. Amma 5 saatdan az yatanlar 8-9 saat yatanlardan daha çox psixi problemlərlə qarşılaşırlar.

İnsan üçün onun adının tələffüz edilməsindən daha yaxşı səs yoxdur. Tanışlıq zamanı ilk növbədə adamın adını yadda saxlamaq lazımdır. Vəzifəsini, ixtisasını yox, məhz adını. Yaxşı münasibət qurmaq istəyənlər üçün bu, çox vacibdir.

Tez yuxuya getmək üçün kürəyi üstə uzanmaq, ayaqları uzatmaq, bədəni rahatlandırmaq lazımdır. Gözləri bağlamaq və bağlı göz qapaqları altında göz bəbəklərini yuxarıya doğru yönəltmək. Bu, yuxu zamanı gözlərin normal vəziyyətidir. Viktor Suvorovun dediklərinə inansaq, bu metodikanı onilliklərlə Baş Kəşfiyyat İdarəsinin işçilərinə öyrədirdilər.
Davamı →