9 rəqəmi haqqında məlumat | 9 rəqəminin bilinməyən sirrləri

9 rəqəminin fərqli olduğunu heç düşünmüsünüzmü? Cavabınız xeyrsə, təəccüblənməyə hazır olun. Bu məqalədə 9 rəqəminin qədim inanc sistemlərində və müasir riyaziyyatdakı yeri barədə maraqlı məlumatlar öyrənmiş olacaqsız. 

9 Rəqəmi mifologiyada  

9 rəqəmi üçün tarixdə ən qədim yerlərdən biri Yunan mifologiyasındadır. Burada “9 Mus” dediyimiz mifoloji tanrı sənət ilahəsi olaraq təsvir edilərkən, Norveç mifologiyasında 9 rəqəmi insanın ən mühüm xüsusiyyətlərini ifadə edən rəqəmdir. Bu xüsusiyyətlər hikmət, qüdrət və cəhdir. 


Davamı →

Sıfır necə yarandı?

Elmin, mühəndisliyin və riyaziyyatının əsasında “heç nə” dayanır. Burada “heç nə” şəksiz ki, sıfırdır.

Bu bir az sırtıq, amma qüdrətli rəqəmin yaratdığı ziddiyyəti və gətirdiyi həyəcanı heç bir rəqəm edə bilməyib. Bu rəqəm bir cəhətinə görə bizə gələcəyi proqnozlaşdırmaq imkanı verir. Amma bunun necə baş verdiyini başa düşmək üçün siz bu rəqəmin doğulma və mübarizə tarixçəsini bilməlisiniz. Çünki sıfırın böyüklüyə gedən yolu daşlı-kəsəkli olub.
Davamı →

NUMEROLOGIYA

Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. Numerologiya nisbətən son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən biridir. Müəyyən mənada ədədlərin öz dili var, ibtidai qəbilələr bu dili başa düşür və ədədlərin dilində bir-biri ilə əlaqə saxlayırdılar. Qədim əlifbalarda (məsələn, qədim yəhudi əlifbasında) hərflərin də ədədi mənası vardı.
Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1-9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi “Okkult fəlsəfəsi” əsərində həmin rəqəmləri və onların mənasını verdi.
Xatırladaq ki, elm dünyasında Aqrippanı “rəqəmlərin atası” adlandırırlar. Keçək rəqəmlərin sirrinə:

1 — məqsədin rəqəmidir, əlifbanın ilk hərfi olan “A” ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.

2 — gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir, müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır.

3 — dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. İstedad və şən əhval-ruhiyyəni ifadə edir, uyğunlaşmaq rəmzidir.

4 — sabitlik və möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla — kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunub.

5 — son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır.

6 — inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. İdeal rəqəmdir, həm tək, həm də tək rəqəmlərə bölünərək sanki onları birləşdirir.

7 — sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi musiqi qamması deməkdir. O, məqsədi (1) və harmoniyanı (6) birləşdirərək, onu həqiqi psixoloji rəqəmə çevirən öz simmetriyasını yaradır.

8 — maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə bərabər hissələrə ayrılır (4-4). Yenə bölsən, yenə bərabər hissələrə ayrılacaq (2-2-2-2), bu isə dördqat tarazlıq deməkdir.

9 — elementar rəqəmlərin ən böyüyü, uğur rəmzidir. Tam inkişaf etdikdə bütöv bir qrupun cizgilərini birləşdirərək nəzarət faktoruna çevrilir. Doqquz rəqəmi, 3 x 3-ün hasili kimi, dəyişkənliyi irəliyə doğru hərəkətə çevirir.

Dinlər rəqəmlər haqda nə deyir?

İncildə yazılır: “O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb, sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan ruhları görsün deyə, şeytanın rəqəmi yazıldı — 666".
İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki Allahın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.
Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan...
İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir. İslam inanclarına görə, günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə, ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə, qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.
Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar. Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar. Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.

Pifaqor deyir ki, 1 ilahi gücü, 6 soyuğu ifadə edir

Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor “1" rəqəmini İlahi güc kimi qəbul edir, ”10" rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 — rəngin, 6 — soyuğun, 7 — sağlığın, 8 — sevginin rəqəmidir.

İngilislər 13-ü o qədər sevmir ki...

Bu arada vacib detal kimi xatırladaq ki, 11 sentyabr terrorundan sonra dünyada 11 rəqəmi ilə bağlı da araşdırma aparılıb və onu heç də xoş olmayan rəqəmlər sırasına qatıblar. Məlum olub ki, bu rəqəmdə həqiqətən də bir çox gizli məqamlar kəsişib. Terror aktlarının törədildiyi gün — 11 sentyabr. Həmin gün ilin 254-cü günüdür, cəmi 11 (Numerologiya qaydalarına əsasən 254=2+5+4=11). “Əgər bu cür arifmetik hərəkəti ayın tarixində də etsək (9-cu ayın 11-i), onda cəm yenə də 11 olar: yəni, 9+11=9+2=11. Onu da qeyd edək ki, sentyabrın 11-dən ilin sonuna kimi 111 gün qalır. Daha sonra hind maqları aviareyslərin nömrələrini öyrəniblər. Dünya ticarət mərkəzinin birinci binasıyla toqquşan təyyarə reysinin nömrəsi 11 idi. Həmin təyyarədə 92 sərnişin olub: 92=9+2=11. İkinci təyyarədə isə 65 nəfər olub: 65=6+5 — yenə 11 rəqəmi alınır”.
Bəzi inanclara görə 13 ölüm rəqəmidir. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərəninin təyyarələrində 13 saylı kreslo olmur. Amma alimlər bu qorxunu xürafat sayır və deyilənlərə inanmır.
Davamı →

7 rəqəminin sirri

Yeddi rəqəmi təəccüb doğuran rəqəmlərdən biridir. Bu rəqəm sirli rəqəmdir, müqəddəs, İlahi, xoşbəxtlik rəqəmidir. Dini təsəvvürlərə görə, 7 rəqəmi zaman və məkanı idarə edir. Dünyanın bütün xalqları 7 rəqəminə həmişə xüsusi diqqət yetirmişlər.
Misirdə yeddi rəqəmi əbədi həyat rəmzidir. O, yaradıcılıq rəmzi sayılır. Eramızdan əvvəl 2500-ci ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası, yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra bu münasibətlə yeddi buğa və yeddi qoyun qurban kəsmişdilər.
Ardı →

Rəqəmlər və qadınlar

Rəqəmi 1 olan qadınlar


(Ayın 1-10-19 tarixində doğulan qadınlar)
Rəqəmi 1 olan qadınlar təbiətən aristoktarik və qonaqpərvər olurlar.Çox həssas və arostokratik olduqlarından bu hisslərin üzə çıxmasına imkan verəcək kişilərlə ailə qurmaq istəyərlər.
Bu qrupa daxil olan qadınlar ailə qurduqları kişilərin 10-15 ilik ailə həyatından sonra dəyişib deyingən,bir qədər tələbkar olmalarını qəbul edə bilmirlər.Əgər bu baş verərsə onlarda ailənin başçısına qarşı daxili narazılıq və gizli ikrah hissi yaranır.”O,qəddardır,yersiz tələblər irəli sürməklə təbiətin mənə bəxş etdiyi aristokratik davranışı və həyat tərzimi dəyişmək istəyir”-deyə düşünməyə başlayan qadın öz taleyindən narazı olur.
Davamı →

Krallar və ədədlər

IV Karl
Roma imperatoru IV Karl nədənsə 4 rəqəmini çox sevirdi. Onun dörd böyük knyazı və hər bir knyazın olduğu dörd paytaxt şəhəri olmuşdur. O, hər birində dörd otaq olan dörd sarayda yaşamış, hər otaqda dörd pəncərə, dörd qapı, dörd stol və dörd şam olmuşdur.
Təntənəli mərasimlərdə imperator dörd metalın əridilib qarışdırılmasından hazırlanan dördbucaqlı şəklində tac qoyarmış. O, öz imperiyasını dörd hissəyə, ordusunu isə dörd korpusa bölmüşdü.
Onun getdiyi karetaya dörd at qoşularmış. Geyindiyi paltar dörd rəngli olarmış və özü də dörd dildə danışa bilərmiş.
O, gündə dörd dəfə dörd cür xörək yeyər, dörd növ şərab içərmiş. IV Karl dörd dəfə evlənmiş və dörd uşağı olmuşdur. O, ölən zaman onun yatağı yanında dörd həkim, dörd keşiş olmuş, bunlarının hər biri IV Karlın dörd dildə etdiyi dörd vəsiyyəti yazmışlar.
Davamı →