Puşkin haqqında maraqlı məlumatlar

Bir dəfə Puşkinin valideyinlərinin evində rus yazıçısı İvan Dmitriyev qonaq olur. Aleksandr o zaman uşaq idi, yazıçı Dmitriyev azyaşlı Aleksandrın orijinal görünüşünə zarafat etmək üçün: “Necə də ərəbə bənzəyir” deyir. 10 yaşlı Aleksandr heç gözləmədən dərhal bu zarafata cavab verərək bildirir ki, bəli, amma qarabağır deyil (bitki adıdır). Otaqda olanların hamısı 10 yaşlı oğlanın cavabına həm təəccübləndilər, həm də utandılar, çünki yazıçının üz dərisi ala-bula çopur idi.

Kandıba adlı bir zabit Puşkindən tələb edir ki, “rıba” (balıq) və “rak” (xərçəng) sözlərini qafiyələndirsin. Puşkin dərhal cavab verir: “Kandıba durak” (Kandıba axmaqdı). Özünü o yerə qoymayan zabit bu dəfə tələb edir ki, “rak” və “rıba” sözlərini qafiyələndirsin. Şairin cavabı yenə gecikmir: “Durak Kandıba” (Axmaq Kandıba).

Gələcək həyat yoldaşı haqqında dostlarına danışan gənc Puşkin, adətən, bu ifadələri işlədirdi: “Mən qibtə edirəm, mən heyranam. Qısası, qibheyəm” (qibtə və heyran sözlərini qısaldırdı).
Davamı →

Sergey Yesenin: gözəllik aşiqi və kəpənəkqanadlı şeirlər

Onun gözlərində Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin Türküstana (Orta Asiya), Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevla görüşən Yesenin dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çayxanalara gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi.

Onun adı bir vaxtlar SSRİ və rus ədəbiyyatında XX əsrin dahi şairlərindən biri, yeni dövrün Puşkini kimi çəkilirdi. Bu baxımdan azərbaycanlılar üçün Mükayil Müşfiq nə deməkdirsə, ruslar üçün də Yesenin o deməkdir. Həm Yesenin, həm də Müşfiq faciəli bir ömür yaşadılar və çoxlu sayda müəmmalar qoyaraq özlərinin gözləmədikləri şəkildə əbədiyyətə qovuşdular.
Davamı →