Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.


Ardı →