Nikola Teslanı uğura aparan yolun hekayəsi

Nikola Tesla müasir dəyişən cərəyanda elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.
Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var.

Davamı →

Versace uğuru

Versace brendini tanımayan yoxdur amma di gəl ki, bu brendin necə yaranması haqqında hər kəs məlumatlı deyil. Gəlin, Versace brendinin əsasını qoyan Gianni Versace ilə yaxından tanış olaq.
Bütöv bir dizayner sülaləsinin əsasını qoyan Gianni Versace 1946-cı ildə İtaliyanın kiçik bir əyalət şəhəri olan Redjo-di-Kalabriyada atelyede anadan olub. Bu atelye onun üçün həm məktəb, həm də universitet rolunu oynayıb. Modelyerin anası peşəkar dərzi idi.

Davamı →

Bir oğlanın tarixçəsi

O 1960-cı il 18 oktyabrda Brüsseldə belçikalı mühasiblər ailəsində dünyaya gəlir. Doğulduğu gündən zəif və ağlağan uşaq idi və daim bədənində zərbə yerlərinin izi ilə gəzirdi. Belə ki, həm yaşıdları güclərini onun üzərində sınaqdan keçirməyi sevirdilər. Onun 11 yaşı olduqda atası onu karate salonuna gətirir və bununla oğlunun bütün həyatını dəyişəcəyini ağlının ucundan belə keçirmir.

 O qalın şüşəli eynək taxır və klassik balet ilə məşğul olurdu. Hər kəs evə getdikdə və zal boş qaldıqda o bir neçə saat karate fəndləri öyrənirdi. Bununla yanaşı, o karate ilə eyni zamanda psixoloji hazırlıq və özünütəlim ilə məşğul olurdu ki, nəticədə də bunun köməkliyi ilə özünə əminlik hissi qazanır.

O özündən yaşca böyüklər ilə məşq edirdi. 16 yaşı olduqda prestijli turnirdə qalib gəlir. O final görüşündə özündən iki dəfə böyük və iki dəfə ağır bir şəxslə görüşməli olmuşdu. Məşqçisi ilk günlərdən onun gücünü kəşf etmiş və ona mütləq çempion olmalı olduğunu bildirmişdi. Məşqçi ona digərlərindən daha çox zaman ayırırdı və məşqlər tək idman zalı ilə məhdudlaşmırdı.
Davamı →