Yolda keçən vaxtdan necə istifadə edək?

Heç kimə sirr deyil ki, hər gün səhər və axşam evlə iş arasında müəyyən zaman sərf edirik. İşə çatana qədər sərf etdiyimiz zamandan məmnunluq və fayda ilə yararlandıqda bütün iş günü məhsuldar keçər. Bəs bu zaman kəsiyi ərzində gününüzü daha faydalı etmək üçün nələr edə bilərsiniz?

1. Motivasiya edici bir şeylər dinləyin 
Podcastlar yaxud audiokitablar, sevimli mahnı və yaxud radio – əhvalınızı yüksəldən amili təyin edin və daha sonradan işə başlamaq da asan olacaq. Əgər fəaliyyətiniz yaradıcılıq ilə bağlıdırsa, konkret məşğulluq sahəniz üçün motivasiya mənbələri axtarın. Nə seçməyinizdən asılı olmayaraq, işə çatana qədər zaman məmnunluq hissi ilə müşayiət olunarsa, bu məhsuldar günün zəmanəti olar.
Davamı →

Saatların tarixi haqqinda

«Vaxt qızıldır» ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub. Ümumiyyətlə, Adəm övladı yaranandan zamanı ölçməyə çalışıb. Ona görə dəv, vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır.
Davamı →

Vaxtının bir saatını (İbrətamiz hekayə)


  — Ata, olar səndən bir şey soruşum?
— Əlbəttə, nə olub ki?
— Ay ata, nə qədər (maaş) alırsan?
— Sənə dəxlisi yoxdur — deyə, özündən çıxdı — həm də, neynirsən ki?
— Elə belə, sadəcə olaraq soruşdum. Xahiş edirəm, de, 1 saata nə qədər alırsan?
— Ümumiyyətlə desək, 1 saata 25 manat, niyə ki?
— Ata… — oğul atasına aşağıdan yuxarıya ciddi baxışlarla baxaraq — Ata, mənə 15 manat verə bilərsən?
— Sən bunu məndən soruşdun ki, sənə hansısa gic-gici oyuncağı almaq üçün pul verim? — deyə qışqırdı, — dərhal otağına get və uzan yat! Day bu qədər də eqoistlik olmaz. Mən bütün günü işləyirəm, dəhşət yoruluram, amma sən özünü səfeh kimi aparırsan.
Uşaq sakitcə otağına gedərək, özündən sonra qapını örtdü. Atası isə qapının arxasında duraraq oğlunun xahişinə qəzəblənirdi. «Axı məndən maaşımı soruşub sonra da pul istəməyi üçün necə cəsarət edir?»
Amma bir müddət keçdikdən sonra onun hirsi soyudu və sağlam düşüncə ilə düşündü: «Bəlkə ona nəyisə almaq zəruridir. Cəhənnəm olsun pullar, axı o indiyə qədər məndən pul istəməyib». Otağa girdiyi zaman oğlu artıq yerində (yatağında) uzanmışdı.
— Oğul, yatmamısan ki?
— Yox, ata. Sadəcə uzanmışam — oğlan cavab verdi.
— Deyəsən mən çox qaba cavab verdim — ata dedi — Mənim günüm ağır keçib və mən sadəcə olaraq birdən birə özümdən çıxdım. Bağışla məni. Al, mənə dediyin (miqdarda) pulları götür.
Oğlan yataqda oturub gülümsədi:
— Ay! Atam, çox sağ ol! — deyə ucadan dedi.
Sonra yastığının altına əlini ataraq bir neçə əlavə əskinaz götürdü. Atası oğlunun pulunun olduğunu görüb yenə də qəzəbləndi. Oğlan isə pulları bir yerə yığaraq diqqətlə pulları saydı və sonra atasına baxdı.
— Əgər sənin pulun var idisə, nə üçün məndən istədin? — deyə donquldandı.
— Ona görə ki, (pulum) çatmırdı. Amma indi tamamilə çatır — deyə uşaq cavab verdi. — Ata, bax burda tam 25 manatdır.

Olar ki, sənin (vaxtının) 1 saatını alım? Xahiş edirəm, sabah işdən bir az tez gəl, istəyirəm ki, bizimlə bir yerdə şam yeməyini yeyəsən.


Tərcümə və tərtib: Fərid Abdullah.

Vaxtın saatla bildirilməsi

Türk dilində vaxtın saatla bildirilməsi üçün aşağıdakı söz və ifadələrdən istifadə edilir:

saat

saat

dakika

dəqiqə

saniye

saniyə

ibre

əqrəb

akrep

kiçik əqrəb; saat göstərən əqrəb

yelkovan

böyük əqrəb; dəqiqə göstərən əqrəb

çeyrek

on beş dəqiqə, dörddə bir

buçuk

yarım

geçiyor

işləyir

kalıyor; var

qalır (var)

kaç?

neçə?


Ardı →