Yaş anlayışı və onun növləri

İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır.

Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.

1. Xronoloji, yəni pasport yaşı
2. Bioloji və ya funksional yaş
3. Sosial, yaxud vətəndaşlıq yaşı
4. Psixoloji, yaxud psixi yaş

Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.


Ardı →

Uşaqlara hansı yaşda hansı oyuncağı verməli?

Bu gün oyuncaq istehsalı olduqca inkişaf edib, hər gün yeni bir oyuncaq dizayn edilərək bazara çıxarılır.
Qız uşaqları daha çox gəlincik və ya miniatür ev əşyalarına üstünlük verir, oğlanlar isə daha çox konstrukturlar, silah, mexaniki, elektronik oyuncaqlarla maraqlanır. Amma mütəxəssislər uşaqlara yaşa görə oyuncaq alınmasını israr edirlər. Pedaqoqlar oyuncaqların yaşa görə bölünməsini bu cür sıralayırlar:
Ardı →

Müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişafının xüsusiyyətləri

İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Pedaqogika tarixində insanın yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür (Aristotel, N.Gəncəvi, Y.A.Komenski, C.C.Russo və b.). Məsələn, Y.A.Komenski dörd fəslə müvafiq olaraq insan həyatını dörd dövrə bölmüşdü: həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). C.C.Russo uşaq və gənclik illərini dörd yaş dövrünə bölmüş və hər dövr üçün səciyyəvi tərbiyə sahəsini göstərmişdir: I — fiziki inkişaf dövrü (0-2 yaş); II — hisslərin inkişafı dövrü (2-12 yaş); III — zehni inkişaf dövrü (12-15 yaş); IV — əxlaqi inkişaf dövrü (15-18 yaş).


Ardı →