Yaşlı nəslin üstünlüyü qazandıqları xoşbəxtlikləridir

Yaşın özü ilə gətirdiyi fiziki qüsurlara baxmayaraq, yaşlı insanların daha xoşbəxt olduğu da danılmaz faktdır.
Clinical Psychiatry (Kliniki Psixatriya) jurnalı vasitəsilə işıq üzü görən yeni araşdırma San Dieqoda 21 və 99 yaş aralığında seçilmiş təsadüfi 1,546 insan arasında aparılıb və onlardan telefonla aparılan intervyudan sonra fiziki, əqli və mental sağlamlıqları ilə bağlı uzun bir anketi doldurmaları tələb olunub. Suallar onların həyatdan hansı səviyyədə məmnun olduqları, depressiyanı, narahatlığı və gərginliyi nə səviyyədə yaşadıqları ilə bağlı idi.

Davamı →

Vaxtından əvvəl yaşlanmağa səbəb

Insanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.
1. Həddindən artıq arıq olmaq — Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.
2. Gözləri ovuşdurmaq — Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.    
 

Davamı →

Bizim ibtidailərimiz

Səhər tezdən bir az təmiz hava almaq, bir az yerimək, bir az ruhumu təmizləmək üçün kilsəyə getdim. Saysız-hesabsız günahlarımın bağışlanması üçün bir az da dua etmək fikrim vardı. Hətta günün duasını da müəyyən etmişdim: İlahi, mənim cəzamı sən özün ver, amma məni insanların hökmünə vermə.

Kilsənin həyətində müxtəlif millətlərə, xalqlara mənsub xeyli qoca kişilər, yaşlı qadınlar gəzişir, fotolar çəkir, hisslərini, duyğularını bir-birləri ilə bölüşürdülər. Onların geyimlərinə, davranışlarına baxdım, baxdım, baxdım və öz-özümə düşündüm – bəs bu insanların yaşıdları, bizim yaşlı kişilər və yaşlı qadınlar, ağsaqqal və ağbirçək adlandırdıqlarımız nəylə məşğuldurlar? Nə edirlər? Bu kimi suallarla özüm-özümü o qədər əsəbiləşdirdim ki, nə dua edə bildim, nə də ruhum təmizləndi. Ağsaqqallarımız və ağbirçəklərimiz mövzusunda bir neçə yazı yazmağıma baxmayaraq, bu mövzuda daha bir yazı yazmaq qərarına gəldim. Nə qədər istədim özümü sıxam, alınmadı. Çünki günü gündən daha dərindən və qəti olaraq anlayıram ki, bizim böyüklərimiz rəsmən bizim düşmənlərimizdi.
Davamı →