Gülüstan müqaviləsi

1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. 

Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.


Davamı →

Nadir Şah Əfşarın nəvəsi Çar Rusiyasına qarşı

Çar Rusiyasının müstəmləkəçilik və işğal siyasətinə qarşı qazax xalqının apardığı milli azadlıq hərəkatına böyük türk hökmdarı Nadir Şah Əfşarın nəvəsinin rəhbərlik etdiyini bilirdinizmi?
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən:
Maraqlıdır ki, özlərini Böyük Kirin (Küruşun, Kureşin) nəslindən hesab edən Ərsakilərlə Sasanilər arasındakı qarşıdurmadan 5 əsr sonra Qureyşin soyundan olan ailələr arasında eyni süjet xətli dramatik hadisələr baş verdi. 750-ci ildə Peyğəmbərin əmisi Abbas ibn Əbdul Müttəlibin törəmələri olan Abbasilər Ərəb xilafətinə hakim olan Əməvilərə qarşı üsyan qaldırdılar.

Davamı →

Rusiya tarixi 19-cu əsr.

XIX əsr ərzində Rusiya işğalçı müharibələri davam etdirmiş və yeni ərazilər ələ keçirmişdi. Böyük ordusu sayəsində Avropanın güclü dövlətlərindən birinə çevrilmişdi. Lakin hərbi qüdrətinə baxmayaraq, ölkənin sosial-iqtisadi vəziyyəti kəskinləşmişdi. Sosial-iqtisadi gərginliyin dərinləşməsi XX əsrin əvvəllərində inqilaba səbəb oldu.
SOSİAL TƏBƏQƏLƏŞMƏ

Rusiya cəmiyyətinin ən xarakterik xüsusiyyəti şaxələnmiş təbəqələşmənin saxlanması idi. Rusiya imperiyasının əsas sosial təbəqələri:Rusiyada sosial təbəqələşmə
Davamı →