Çin börəyi

Lazım olan ərzaqlar.
1 ədəd lavaş
6 xörək qaşığı çox incə doğranmış kələm
1 ədəd soğan
1 ədəd kök
1,5 xörək qaşığı maye yağ
4 xörək qaşığı soya filizi
1 xörək qaşığı duz
 
Hazırlanması:
Bitki yağı geniş bir tavada qızdırın. Kələm, incə doğranmış soğan, rəndələnmiş yerkökü, soya sousu və duz əlavə edib 5 dəqiqə qovurun. Lavaşı dörd bərabər üçbucaq parçaya bölün. Hazırladığınız içliyi lavaşları geniş tərəfinə yayın. Qalın siqaret börəyi şəklində bükün. Börəklərin hər iki tərəfini də qızdırılmış bol bitki yağda qızardın. Süfrəyə isti təqdim edin. Nuş olsun!
Davamı →

Çin mətbəxi

Düyü, tərəvəzlər və soya Çin mətbəxinin əsas inqrediyentlərini təşkil edir. Ət və balıqdan başqa mətbəxlərlə müqayisədə nisbətən az istifadə olunur.

Çin mətbəxin ahənqdarlığı
Çin mətbəxində ətli və ya tərəvəzli yeməklər arasında dəqiq ayırma yoxdur; əksinə, müxtəlif inqrediyentlər vahid bir xörək hazırlamaq üçün birləşdirilir. Qidanın ahəngdarlığı Çin mətbəxin səciyyəvi xüsusiyyətidir, məsələn, süfrəyə heç vaxt tərkibi eyni ətdən ibarət olan və yaxud oxşar dadlı və ya tərkibli iki xörəyi heç vaxt qoymazlar.

Bu ənənə Çinlilərin qədim Çin filosofu Yi Yinın nəzəriyyəsinə inandıqlarından irəli gəlir. Bu nəzəriyyəyə əsasən, hər bir dad insan orqanizmindəki müəyyən daxili orqana aiddir, və buna görə xörəkdə dadların tarazlaşdırılması insan sağlamlığını qorumağa kömək edir.
Davamı →