Üçüncü dünya ölkələri


Fərqli mənalarda istifadə olunan bu anlayışın geniş istifadəsi, sənaye ölkələriylə sosialist ölkələrinin xaricində qalan ölkələr üçün işlədilir. 1950-ci illərin sonunda yaranan bu anlayış iki qütbə ayrılmış dünyanın nəticəsidir. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələri nəzərdə tutan bu termin əhali artımı sürətlə inkişaf edən və iqtisadi çətinliklər yaşayan ölkələrə aid edilir.

İkinci mənası  isə ölkələr arasındakı əlaqəyə görə qiymətləndirilib, ABŞ və SSRİ mərkəzli olmayan müstəqil ölkələri ifadə edir. ABŞ-ın başında durduğu Birinci Dünya Ölkələrini, SSRİ-nin öndə olduğu İkinci Dünya ölkələri təqib edərkən, bitərəf olaraq adlandırılan qrup Üçüncü Dünya Ölkələridir. Bu vəziyyət Yuqoslaviyanın dağılmasının və siyasi rəhbərliklərin dəyişməsi nəticəsində fərqli hala gəldi.

XXI əsrə çatdıqda iki qütblülüyün sona çatmasıyla bitərəflərin yerini inkişaf etməkdə olan ölkələr aldı. Beləliklə, bu anlam inkişaf etmiş ölkələrin xaricində qalan, iqtisadiyyatı qeyri-kafi və beynəlxalq təşkilatlara üzv olmayan ölkələri aid edildi.
Davamı →