Ən faydalı çörək hansıdır?

Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir.
Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun bir yol keçir. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qida rejimi və rasionda tutduğu yerlə əlaqədar ən müxtəlif fikirlər var. Naturopatların demək olar ki, hamısı və həkimlərin bir qrupu çörəkdən, xüsusilə ağ çörəkdən imtina etməyi məsləhət görür və hətta ağ rəngdə olan çörək, şəkər və duzu «ağ zəhər» adlandırırlar.

Davamı →