Rusiya XVII əsrin II yarısında

1645-ci il iyulun 13-də Mixail Fyodoroviçin ölümündən sonra onun 16 yaşlı oğlu Aleksey Mixayloviç yeni çar oldu. Rusiya tarixində «ən sakit» ləqəbi alan yeni çar Aleksey Mixayloviç hakimiyyətinin birinci illərində dövlətin bütün işlərini onun tərbiyəçisi boyar Morozov aparırdı. Ölkədə hakimiyyətdə sui-istifadə halları, rüşvətxorluq, məhkəmə süründürməçiliyi, məmurların özbaşınalığı geniş yayılmışdı. Yeni çar sadə adamların müraciətinə məhəl qoymur, qara camaatın məsələlərinə baxmırdı. Əhalinin narazılığı durmadan artırdı.


Davamı →

Rusiya XVII əsrin I yarısında

Yeni çar Mixail Romanov gənc və təcrübəsiz idi. Lakin boyarların çarı idarə edə biləcəkləri niyyəti baş tutmadı. Yeni çarın ətrafında tez bir zamanda nüfuzlu boyar, knyaz, zadəgan, dyaklardan ibarət tərəfdarları qrupu yarandı. Bir az sonra çarın atası patriarx Filaret əsirlikdən qayıtdı və faktiki olaraq oğlunun hakimiyyət şəriki oldu. Təcrübəli, ağıllı, möhkəm xarakterli 64 yaşlı patriarx dini və dünyəvi hakimiyyəti öz əlində birləşdirdi. Yeni prikazlar yaranır, köhnələr isə yenidən bərpa olunurdu. Onların başına sağ qalmış boyar və dyaklar təyin olunurdu. Yeni dövlət sistemində Minin və Pojarski də təmsil olundu. Minin Duma zadəganı oldu. Voyevoda boyar rütbəsi alaraq hökumət və orduda mühüm yer tutdu. İlk gündən birinci Romanovlar monarxiyası özlərindən əvvəl XVI əsrdə olduğu kimi mütləq hakimiyyət formasında meydana gəlmişdir. Yeni çar Kostromadan Moskvaya hərəkət edərkən boyarlar çara müraciətlərində özlərini onun «xolopları» adlandırırdılar, gənc çar isə onlardan sözsüz tabeçilik tələb edirdi. Bununla yanaşı, çar hər yerdə özünü bütün xalqın, o cümlədən «Qarışıqlıq dövründə» incidilən və təhqir edilənlərin müdafiəçisi, ədalət və qayda-qanunun təminatçısı kimi təqdim edirdi. Xalqla yeni hakimiyyətin bir tam kimi birliyi belə yarandı.


Davamı →