Şimal müharibəsi

1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı.


Davamı →

1660-1670-ci illərdəki xalq həyəcanları

XVII əsrin 60-cı illərinin əvvəllərində Aleksey Mixailoviçin hökuməti pul islahatı keçirərək əvvəlki gümüş pulların nominal dəyərində mis sikkələr buraxdı. Dövriyyədə mis və gümüş rubllar meydana çıxdı. Misin gümüşdən ucuz olması səbəbilə hökumət vergi və gömrük rüsumunu gümüş sikkələrlə tələb etməyə başladı. Mis pullar sürətlə dəyərdən düşdü. 1662-ci il iyulun 25-də Moskvada «mis qiyamı» başladı. Minlərlə moskvalı, o cümlədən posad adamı, kiçik ticarətçilər, streletslər, muzdlu işçilər, əsasən yoxsullar meydana toplaşaraq çarın qayınatası İ.D.Miloslavski, varlı tacir V.Şorin və başqa boyarların mis pulların buraxılmasının əsas günahkarları olduğunu qeyd etdilər. Böyük bir qrup çarın yay iqamətgahı olan Kolomensk kəndinə gedərək hökmdara narazılıqlarını dilə gətirdilər. Şəhərdə əzəmətli xalq üsyanı başladı. Xalq varlı tacirlərin evlərini dağıtdı, onların bir çoxu şəhərdən qaçdı.


Davamı →