Çarpayı necə seçilməlidir?

İndi bizə məlum olan çarpayılar qədim misirlilərə yaxşı tanış idi. Avropada isə çarpayılardan 11-ci əsrdən istifadə etməyə başlayıblar.

Mebel mağazalarına gedəndə diqqətli olmaq gərəkdir, xüsusilə də çarpayı seçimində. Çarpayı seçərkən onun yan tərəflərinə və döşəyinə fikir verin. Çarpayının bütün hissələrinə və hətta ən xırda detallarına qədər baxılmalıdır. Yaxşı çarpayı nə cırıldamalı, nə də yırğalanmalıdır. Çarpayının döşək yerləşən çərçivəsi enli olmalıdır ki, döşək yaxşı yerləşsin. Çarpayı isə ağacdan hazırlanmalıdır. Elit çarpayıların çəriçivəsi isə xüsusi ölçülərdə olur. Belə çarpayıların istənilən hissəsini yuxarı qaldırmaq mümkündür.

Çarpayının arxa (baş hissəsi) hissəsi o qədər də əhəmiyyətli olmasa da, o da yaxşı yatmağa kömək edir və gecəyarısı yastığı yerə düşməkdən qoruyur. Çarpayı seçərkən onun ölçüsünə də diqqət yetirmək önəmli məqamlardan hesab olunur. Amma ilk olaraq evinizin ölçüsünü bilib ona uyğun çarpayı seçməlisiniz. Əgər yataq otağınız kiçikdirsə bu zaman asan yığıla bilənlərə üstünlük verməlisiniz. Əks halda otaqda rahat hərəkət etməyinizi əngəllənər. Amma normal yataq otağı üçün çarpayı iri və rahat olsa yaxşıdır.
Davamı →