İkinci finalist kim olacaq? Barselona, yoxsa İnter?

Bir çoxları Barselonanın qələbə qazanacağını və bir sonrakı tura vəsiqə qazanacağını düşünsə də mən şəxsən İnterin finala çıxacağını gözləyirəm. Hətta Nou Kampda qələbə də qazana bilərlər. İlk oyunda 3-1lik qələbə İnterin rahat olacağına işarədir. Barselona isə ən azı 2 qol atmalı olduğundan hucumu düşünəcək və müdafiəsində böyük boşluqlar olacaq.

Finala ilk vəsiqəni kim qazanacaq? Bavariya, yoxsa Lion?

Çempionlar liqası yarım finalında rəqibini 1-0 məğlub edən Bavariya Lionun qonağı olur. Lion həftəsonu oyunu təxirə salındığı üçün bu oyuna ciddi və bütün qüvvələri ilə hazırlanıblar. İlk oyunda qırmızı kart görən Toulalan (Lion) və Ribery (Babariya) bu oyunda olmayacaqlar. Bavariya 1-0lıq hesabın verdiyi cəsarətlə müdafiə olunacaqlar. Lionun da çox riskli oynayacağını düşünmürəm. İlk hissə böyük ehtimalla heç heçə bitəcək. Mən şəxsən Bavariyanın finala vəsiqə qazanacağını düşünürəm.

Çempionlar Ligası - Bavariya? yoxsa Lyon?

Bu axşam çempionlar liqasında sizcə kim qalib gələcək. Mən şəxsən Bavariyanın qalib gələcəyini təxmin edirəm. Hesab isə 4-1 olacaq. Hətta Bavariyanın qalibiyyətinə 10 manat pul yatırmışam )