Çex mətbəxi

Çex mətbəxi knedliki və pivə ilə yaxşı uyğun olan zəngin xörəkləri ilə məşhurdur.

Çex mətbəxi Çexiyanın tarixi və ənənələrilə çox sıx bağlıdır. Xörəklər köhnə slavyan reseptlərə uyğun bişirilir, və tez-tez Almaniya kimi qonşu ölkələrin təsiri nəticəsində bir qədər dəyişdirilir. Uzun müddət ərzində Çexiya Avstriya və Macarıstan hökmranlığı altında olub ki, bu da ölkənin mətbəxinə əhəmiyyətli dərəcədə tə’sir göstərib. Çexiyanın mətbəxində həmçinin Slovakiya, Alman Bavariya və ya Polşa, Silesiya kimi qonşu ölkələrin də təsirini duymaq asandır.

Nahar günün əsas yeməyidir
Çexiyada gündəlik qida menyusu səhər yeməyi, nahar və şam yeməyindən ibarətdir. Nahar günün əsas yeməyini təşkil edir.
Davamı →