Çin qadınlarının gözəllik sirləri

Çin qadınları üz və dəriyə qulluq vasitələrinə əməlli-başlı pul xərcləyirlər (təxminən aylıq 300 dollar, bəzən daha çox-red.). Həm də Çin istehsallı kosmetik vasitələrinə deyil, Yaponiya və Koreya məhsullarına üstünlük verirlər. Daha imkanlı xanımlar bahalı Avropa brendlərindən yararlanırlar. Kişilər qadınların belə israfına normal yanaşır, gileylənmirlər.

Nəzərə alsaq ki, Çin uzunmüddətli və möhkəm nikah adəti olan ölkədir, razılaşarıq ki, qadın səadəti də gözəlliyin qorunmasında müəyyən rol oynayır. Bundan başqa, bu ölkədə gözəlliyin “görkəm”i var, yəni qadının gözəl gözləri, dik burnu, kiçik ağzı və əlbəttə ki, ağ dərisi olmalıdır. Odur ki, çinli qadınlar ağ dəriyə sahib olmaq üçün nə hiylələrə əl atmırlar! Ən əsası, günəşdən gizlənmək üçün çətirdən, şlyapadan, uzun günlüklərdən istifadə edirlər. Yəni dünyanın günəşdən qaralmış bürüncü dəri dəbi Çində keçərli deyil.
Davamı →