Kimə çiyələk yemək olmaz?

ciyələkÇiyələk ən sevimli giləmeyvədir. Onu həm uşaqlar, həm də böyüklər xoşlayır. Çiyələk həm də çox faydalıdır — qanı təmizləyir, damarları möhkəmləndirir, əhvalı yaxşılaşdırır, stresi azaldır.

Lakin bəzi xəstəliklər və pozulmalar zamanı çiyələyi yemək olmaz. Beləliklə, kim çiyələkdən imtina etməlidir?
— allergiyadan əziyyət çəkənlər
— oynaq xəstəlikləri olanlar
— podaqra olanlar
— mədə xorası, qastrit və qastroduodenitdən əziyyət çəkənlər
— böyrək daşı xəstəliyi, sistit və piyelonefrit zamanı.

Təzyiq dərmanı qəbul edirsinizsə, çiyələk yeməyin. Bu böyrəklərin həddindən artıq yükləməsinə səbəb olacaq.
Davamı →

Özü qədər yarpağı da faydalıdır

  • Flora
Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq. Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Aile.lent.az çiyələk yarpağının saymaqla bitməyən faydalarını ilə sizi də tanış edir.

— Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.
— Bağırsaqlara olduqca faydalıdır.
— Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir.
— Maddələr mübadiləsini sürətləndirir.
— Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.
— Böyrəklərin nizamlı işləməsinə kömək olur.
— Qum və daş tökən xəstələrə tövsiyə edilir.
— Sidik sökdürücü xüsusiyyətiylə bədəndəki şişin atılmasında təsirlidir.
— Qırtlaq xərçənginə qarşı qoruyucu təsiri var.
Davamı →

Çiyələyin faydaları

  • Flora

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.


Ardı →