Orqanizmlərin cinsi çoxalması

Örtülütoxumlularda cinsi çoxalma prosesi. Çiçəyin yaranması ilə əlaqədardır. Onun çoxalmada iştirak edən əsas hissəsi erkəkcik və dişicikdir. Bu orqanlarda mürəkkəb proseslər gedir və cinsi çoxalmada iştirak edən cinsi hüceyrələr yaranır.
Tozcuğun və rüşeym kisəsinin yaranması. Erkəkcik tozluğunda hüceyrənin bölünməsi gedir və nəticədə tozcuq yaranır. Tozcuğun xarici qatı dişicik ağızcığına ilişmək üçün girintili-çıxıntılı və ya tikancıqlı olur. Dişiciyin yumurtalığının daxilində yumurtacıq inkişaf edir. Yumurtacığın miqdarı müxtəlif bitkilərdə müxtəlif olur. Buğda, arpa, çovdarda bir ədəd, xaşxaş və lalədə isə minlərlə yumurtacıq olur. Hər bir yumurtacığın üzəri örtüklə örtülmüşdür. Onun içərisində rüşeym kisəsi inkişaf edir. Rüşeym kisəsinin daxilində yumurtahüceyrə, mərkəzi hissəsində isə mərkəzi hüceyrə əmələ gəlir.
Davamı →

Canlılarda qeyri-cinsi çoxalma

Qeyri-cinsi çoxalma formaları. Bu çoxalmada bir valideyn iştirak edir və cinsi hüceyrələr – qametlər yaranmır. Bu səbəbdən yeni yaranan qız fərdlər ana fərdin əlamətlərini daşıyır. Qeyri-cinsi çoxalmanın bölünmə, spor, tumurcuqlanma, vegetativ çoxalma kimi formaları var.
Adi amöb, evqlena kimi birhüceyrəlilər və bakteriyalar iki bərabər hissəyə bölünmə yolu ilə, bir çox yosunlar, mamırlar, qıjıkimilər, əksər göbələklər birhüceyrəli sporlarla, maya göbələyi və şirinsulu gölməçələrdə yaşayan hidra tumurcuqlanma yolu ilə çoxalır.
Davamı →

Çoxalmanın tipləri

Hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasınıtəşkil edir. Buna görə də həyatın mabədi təmin edilmiş olur. Çoxalma — hər hansı növ bitkinin və heyvanın vacib yaşayış şəraitidir. Orqanizmlər iki əsas çoxalma tipinə mənsubdur. Qeyri — cinsi və cinsi çoxalma.
Qeyri cinsi çoxalma zamanı bir valideyn fərdindən spor əmələ gətirmə vəvegetativ yolla nəsil əmələ gətirməyi başa düşülür. Birinci halda yeni orqanizm birhüceyrəlidən yaranma ilə — sporlarla inkişaf edir. Bu qayda ilə göbələklər, ayı döşəyikimilər və s. çoxalırlar.
Vegetativ yolla çoxalma zamanı yeni bitkilər ata fərddən ayrılmış bədənhissəsindən, kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlirlər. Çoxillik otlar — kökləri ilə, kartof — yumruları ilə, çiyələk bığcıqları ilə çoxalırlar.Bundan başqa bəzi bitkilər qələmlər, gözcüklər və yarpaqlarla da çoxala bilirlər.
Davamı →