Əbədi mövzu – Ölüm

Ölüm, ya həyat? Gülümsəyirəm, əlbəttə, ölüm!
Həyat dediyimiz şey əslində nədir? Anamızın bətninə düşdüyümüz, bəlkə ondan da əvvəl başlayan ölüm yolçuluğudur. Bunu söylərkən istər-istəməz hər şey səni geriyə çəkir. Anamızın öz anasının bətninə düşdüyü, onun anasının da öz anasının bətninə düşdüyü andan başlayan, ya da bəlkə də kişinin əsas məzmunu olaraq — toxumdan başlayan yolçuluq. Ölüm heç zaman bu uzun yolçuluğun hər hansı bir anında başlaya bilməzdi. Geri-geri çəkilmək bizi o ana aparıb çıxaracaq: Tanrı hələ də düşünməkdədir, yaratmaq, ya yaratmamaq? Deməli, kainatın yaranmasının özünün məzmununu bircə kəlməylə ifadə etmək ən doğrusudur: Ölüm!

Davamı →