Özünü sevməyin faydası

Özünüzü sevin və özünüzü sevdikcə sizə necə müsbət təsir göstərəciyini ve günü-gündən nece yaxşılığa doğru dəyişəcəyinizi görəcəksiniz. Məhz bu səbəbdən özünüzü sevməyin faydasını aşağıdakı punktlara böldüm və əminəm ki, sizlər də  bunları bəyənəcək və yararlanacaqsınız.
1.  Özünü sevməyəni heç kim sevməz və sevə də bilməz. Əgər siz özünüzü olduğunuz kimi qəbul etmirsinizsə, özünüzü olduğunuz kimi sevmirsinizsə, mənfi cəhətlərinizin üzərində çalışıb müsbət cəhətlərə çevirərək daha da sevimli olmaq istəmirsinizsə, ətrafınızdakılar sizi nece sevsin? Ona görə də ilk növbədə özünüzü sevməyi öyrənin və özünüzü sevin, amma qaydasında, əks halda narsisizmə çevrilə bilər ki, bu da yaxşı hal deyil. Necə deyərlər, qaş düzəldən yerdə vurub gözü çıxardarsınız.

Davamı →

Narsizm

Narsistlər ən sadə dildə desək özlərinə sevdalı insanlardır. Ətraflarındakı insanlar duyğu naminə nə varsa əmər və bununla bəslənirlər. Daim başqalarından tərif, alqış gözləyir, lakin özləri heç bir şey verməyə yanaşmazlar.

Bəzi insanlar həqiqətən özlərini o qədər bəyənirlər ki, aynanın qarşısında uzun saatlar keçirə bilirlər. Bu uşaqlar üçün normal bir davranışdır. Uşaqlar özlərini tanımaq üçün uzun-uzun aynaya baxa bilərlər.

Yeniyetmələr də yetkinlik başlayan müddətdə bədənlərindəki dəyişiklikləri izləmək və ya sivilcələrini kontrol etmək üçün uzu müddət aynanın qarşısında qala bilirlər. Amma 30-40 yaşındakı bir adamın aynanın qarşısında saatlarla vaxt itirməsini heç birimiz normal qarşılamırıq.
Davamı →