Özünüqiymətləndirməni hansı formalarda reallaşdırmaq olar?

Biz başqalarının fikirlərinə böyük əhəmiyyət veririk, çünki insan sosial varlıqdır. Uşaqlıq illərində çəkdiyiniz şəkil və ya düzəltdiyiniz bir konstruksiya kiminsə tərəfindən ələ salınıbsa, illər sonra da instinktiniz “yaxşısı budur, heç nə eləmə ki, qabiliyyətsizliyini görməsinlər” deyir. Özünüqiymətləndirməsi aşağı olan insanlar ilk addımı atmaqdan həmişə çəkinirlər. Çünki bu, cəmiyyət tərəfindən pis qəbul oluna bilər. Getdikcə bu vəziyyət dərinləşir və insan görünüşündən, səsindən, geyimindən bədgüman olur. Üstəlik, heç nə etməməyə başlayır. Çünki hər cəhətdən bacarıqsız olduğuna şüuraltı səviyyədə özünü inandırır, nəticədə bütün motivasiyasını iflic edir.
Davamı →