Ürək şişləri

Ürək şişləri 2 cür olur: ilkin və ikincili. İlkin ürək şişləri ikinciliyə nisbətən, 30-40 dəfə az rast gəlinir. Şişlər ürəyin bütün qişalarında yerləşə bilər: perikard, endokard, miokardda. Qeyd etmək lazımdır ki, ürək şişləri zamanı həmçinin səhvən ürəklə bağlı digər xəstəliklərin diaqnozu qoyula bilər. Ürək şişləri çox vaxt isə təsadüfi müayinə nəticəsində meydana çıxır.


Ürəyin ilkin şişləri. Bədxassəli şişlər.
Nadir halda rast gəlinən şişlərə aid olub, ürəyin istənilən qişasında inkişaf edə bilər. Ən çox uşaqlarda rast gəlinir. Bu şişlərdən ən çox rast gəlinəni sarkoma olub, kəskin başlanğıcla xarakterizə olunur və xoşxassəli şişlərə nisbətən gedişi daha aqressivdir. Bədxassəli şişlər özünü ilk növbədə qəfləti ürək çatmazlığı, ürək tamponadası, ritm və keçiricilik pozğunluğu şəklində göstərir. Bu şişlər onurğaya, yaxınlıqda yerləşən yumşaq toxumalara, xüsusilə də daxili orqanlara metastaz verir. Müalicə özündə radioterapiya, kimya və simptomatik terapiyanı birləşdirir.


Ardı →