Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".
Ardı →

Qara üzüm salxımı

   İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir.
   Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " — deyə öz-özünə dua edərmiş.
Ardı →

Corab

Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və " Öləndə məni corablarımla basdırın ", — deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı. Sonra adam oğluna bir məktub verib, " Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan ", — dedi.

Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum — əqrəba yığışdılar. Oğlu isə, " İndi mən onu corabları ilə necə basdırım ", — deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi. Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil ", — deyə etiraz etdi. Oğlü çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü. Məktubu açıb bu sözləri oxudu: " Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş " .

Davamı →

Ön mühakimə

Uzaq kəndlərdən birində uşağı doğulmamışdan əvvəl həyat yoldaşını itirmiş hamilə bir qadın yaşayardı. O özünə yoldaş olması baxımından dağda yaralı olaraq tapdığı bir balaca canavarı evində bəsləməyə başlayar.

Canavar qadının yanından bir an belə ayrılmaz. Hər nə qədər evcil bir heyvan olmasa da olduqca tərbiyələnər. Bir neçə ay sonra qadının uşağı doğular. Tək başına bütün çətinliklərə sinə gərmək və balasına baxmaq məcburiyyətində qalar qadın.

Günlər keçər və qadın bir gün bir neçə dəqiqəliyinə də olsa evdən ayrılmaq və balasını evdə buraxmaq məcburiyyətində qalar. Canavarla körpə evdə tək qalar. Aradan bir az zaman keçər və ana evə gəlir. Canavarı və qanlı ağızını görər. Ana dəli olmuş kimi canavar hücum edər və orada öldürər heyvanı. Tam o sırada içəridəki otaqdan bir körpə səsi eşidər. Ana otağa yönələr… Və otaqda bəslədiyi beşiyin içindəki körpəsini və körpənin yanında dayanan parçalanmış bir ilanı görər.

Eynşteynin bir sözü vardır: "İnsanlardakı ön mühakiməni parçalamaq mənim atomu parçalamamdan daha çətindir."
Davamı →

Namazı gecikdirənlər üçün ibrətamiz hekayə

Nənəmin bir zamanlar mənə  dediyi bu sözləri yadıma salanda utanıram: «Heç namazı  da gecikdirərlər?» Nənəmin yaşı yetmişi adlasa da, azan səsini eşidən kimi dərhal yerindən qalxar, dərhal dəstəmazını alar və namazını qılardı. Ancaq mən hələ də nəfsimə qalib gələ bilmirdim. Hər zaman namaza gec qalxar, ya da vaxtında qılmazdım. Bu səbəbdən namazı tez-tələsik qılmalı olurdum. Hər gün bu vəziyyətlə qarşılaşırdım.

Günlərin bir günü yerimdən qalxdım. Saata baxdım
Ardı →