İsveç pəhrizi

Son vaxtlar ən geniş yayılan pəhriz növlərindən biri də İsveç pəhrizidir. 13 gündə 7-20 kilo arıqladan İsveç pəhrizinin xüsusiyyəti və ən əsas üstünlüyü verilən çəkinin geri qayıtmamasıdır. Bunun səbəbi maddələr mübadiləsini dəyişdirərək sürətləndirməsidir.

Hər gün üçün fərqli menyusu olan pəhriz müddətində əməl edilməli bəzi qaydalar var. İki həftədə 7-20 kilo çəki azaldan 13 günlük İsveç pəhrizi hər gün fərqli menyular təqdim edir.

Təqdim edilən miqdardan artıq qazlı içki, qəhvə və çay içmək olmaz.
Gündə 2 litr su içməlisiniz. Pəhrizə ara vermək istədikdə 6-cı günü tamamlamış olmalısınız.
İsveç pəhrizini 13 gündən çox davam etdirmək olmaz. Üç aydan bir təkrarlaya bilərsiniz.
Davamı →

İsveç pəhrizi

İsveç həkimləri yerli qadınların kökəlmə problemini araşdırıb, qadın cazibəsini qorumaqdan ötrü onlara xüsusi pəhriz tərtib ediblər. 

Belə ki, ayda bir həftə bu pəhrizə riayət etməklə, həm maddələr mübadiləsini yoluna qoymaq, həm də artıq çəkidən azad olmaq mümkündür. Pəhrizin özəlliyi ondadır ki, istədiyin rasionu özün seçib, istədiyin qədər arıqlaya bilərsən.

I variant:
Səhər: 1 stəkan süd, 1 soyutma yumurta, 1 dilim qara çörək.
Yeməkarası: 1 ədəd alma
Nahar: Kök şirəsi, 200 qr. mal əti, yaşıl salat, 1 ədəd soyutma kartof.
Şam: Yağsız kəsmik, pomidor salatı, 1 dilim qara çörək və şəkərsiz çay.

II variant:
Səhər: Südlü qəhvə, 100 qr. yağsız kəsmik, 1 dilim ağ çörək.
Yeməkarası: 1/2 stəkan tərəvəz şirəsi.
Nahar: 1 stəkan qatıq, 200 qr. soyutma toyuq, üzərinə cəfəri doğranmış 1 ədəd kartof, pörtlədilmiş kələm və çuğundur.
Şam: yaşıl salat, 1 dilim qara çörək, 1 fincan itburnu dəmləməsi.

III variant:
Səhər: Südlü qəhvə, 2 soyutma yumurta, 1 dilim qara çörək, turp.
Yeməkarası: 100 qr. meyvə.
Nahar: Tərəvəz şirəsi, yağsız toyuq, çiy kök salatı, ispanaq.
Şam: 100 qr. kəsmik, salat, pomidor şirəsi və 1 dilim qara çörək
Davamı →