Şəhzadə Diana

“Don`t do it, Di!” – 29 iyul 1981-ci ildə ingilis feministlərinin yaydıqları döş nişanlarının üstündə bu sözlər yazılmışdı.Şəhzadə Diana
Amma 20 yaşlı gənc Diana Kamilla və Çarlz haqqında gəzən şayiələrə əhəmiyyət verməyərək Çarlza ərə gəldi. 
Diananı«Xalq şahzadəsi», "Ürəklərin şahzadəsi"«Sülh qızılgülü» adlandırırdılar

Şahzadə Çarlz üçün həyat yoldaşı
Yəqin ki, kraliça II Yelizaveta oğlu üçün gələcək həyat yoldaşını heyvandarlıq üçün damazlıq heyvanı necə seçərlərsə, o cür ehtiyatla seçmişdi. Bu qız, təbii ki, təmiz ailədən olmalı, adı heç bir mübahisə və məhəbbət hekayələri ilə çirklənməmiş, tac daşıyacaq, ərinə tabe olacaq və tax-tac üçün varislər doğa biləcək məsum bir qız olmalı idi. Aydındır ki, Çarlzın incə hisslər bəslədiyi Kamilla 2 punkt üzrə Kraliçanın kriteriyalarına uyğun insan deyildi. Birincisi, ona görə ki, qızlıq familyası Şend olan xanım Parker-Boulz artıq o zaman evli idi, ikincisi, o hər zaman əmr etməyi sevirdi, tabe olmağı yox.

Ledi D və şahzadə Çarlz toydan əvvəl cəmi 13 dəfə görüşmüşdülər
Ledi Diana Spenserin namizədliyi ideal görünürdü – sakit, incə Dianayla evlənəcək Çarlzın heç bir problemi olmayacaqdı. Bunu ona həm anası, həm də məşuqəsi tövsiyə etmişdi. 33 yaşlı Çarlz ona yaxın qadınların məsləhətinə qulaq asaraqmı, oğlunun homoseksual olduğu haqqında söz-söhbət yaranacağından narahatçılıq keçirən atasının sözlərinə qulaq asaraqmı tezliklə Dianaya evlilik təklifi etdi. Təklif səhnəsi bir az əzik alındı. Sehirli sözləri eşidən Diana çox sevinmiş və bir neçə dəfə “Ser, mən sizi sevirəm” sözlərini təkrar etmiş (onun yerində olub kim sevinməzdi ki? Britaniya taxt-tacının varisi istənilən gənc qızın başını gicəlləndirə bilərdi. Onda 20 yaşlı gənc qızları yetkin kişilərdə cəlb edə biləcək xüsusiyyətlər vardı – bir az sirrlilik, soyuqqanlılıq, təcrid olunmuşluq). Çarlz daha ehtiyatlı idi və araya duman salmaq üçün “Kim bilir məhəbbət nədir?!”deyə cavab verməyə üstünlük verirdi. Ailə həyatı üçün əla başlanğıcdır, deyilmi? Xüsusilə də, nəzərə alsaq ki, toydan öncə bəy gəlini düz 13 dəfə görmüşdü. Sənin gələcək ərin kral ailəsinin qanının daşıyıcısıdırsa, çox şeyəmi göz yummaq olardı – Diana bunu yaşayıb görəcəkdi.


Ardı →