Süleyman Rüstəm

Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, XX ərs Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. Süleyman Rüstəm öz yaradıcılığında Azərbaycanın bütün dilbər qüşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edib. Yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimi təbliğ edən şeirlərə də yer ayırdığı üçün bu günün baxışı ilə şair tənqidlərə məruz qalsa da onun yaradıclığını bir heç saymaq olmaz. Tənqidçi Bəkir Nəbiyev Süleyman Rüstəmi Azərbaycan poeziyasının müxtəsər, poetik ensiklopediyası adlandırırdı.
Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıclığınında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi öz poeziyasında işıqlandırıb.


Davamı →

Həyat düşüncələrim - şeir

                                    

Həyat bizi sınaqlara çox çəkir 
Bəzən bizə saysız əzablar edir 
Sonu bilinməz sevgi acısı verir
Bu həyatda sona qədər nə varki?

Bu həyatdı yaşanacaq çox şey var
Kədər, sevinc hissləri bir-birini qabaqlar
Məsafələrcə yollarımızı ayırar
Bu həyatda yaxın olan nə varki?

Bir şirin yuxudan erkən oyadar
Arzuolunmaz anları dəfələrlə yaşadar
Xoşbəxtliyi alıb, geri qaytarar
Bu həyatda əbədilik nə varki?

Tənhalığa məhkum edər o bizi
Ağladıb, güldürər daim o bizi
Çox vaxt bağlı edər ürək sözlərimizi
Bu həyatda deyiləcək nə varki?

Bir dilək dilədik oda olmadı
Ümidlər bəslədik hamısı boşa çıxdı
Sevdiyimizi əlimizdən tez aldı
Bu həyatda tək istəyimiz nə varki?

Bir dost olar, fikirlərini bölərsən
Əvvəl yaxın, sonra doğma bilərsən
Qəlbinin sirrlərini ona deyərsən
Sonda isə ondan zərbə görərsən
Bu həyatda səmimilik nə varki?

Yalnış addım səhv etməyə səbəb olar
Dərin düşüncələr uzaqlara aparar
Peşmanlıq hissini həyatında iz qoyar
Bu həyatda səhv olmayan nə varki?

Sonu olan heçnə yoxdur desəmdə
Düzgünlüyü hər şeydən əvvəl seçsəmdə
Dünyamı büsbütün lap dəyişsəmdə
Bu həyatda doğru olan nə varki?

Bir kiçik qəlb, sevən ürək 
Əllər toxunur sevdiyinə titrəyərək
Dil quruyar, bircə sözü deyərək
Bu həyatda həyacansız nə varki?

Kasıb ol, varlı ol nə fərqi vardır?
Məgər zənginliklə hörmətmi qalxır?! 
Kasıb pul olmadan günlərlə acdır.
Bu həyatda ədalətli nə varki?

«Vaxtım yoxdur Namaz qılmıram»- deyir,
Bir — iki duanı Tanrıdan əsirgəyir.
Etdiyi səhvləri heçmi düzəltmək istəmir?!
Bu həyatda belə insana yer varki?

Yazılan tarix. 2015, yanvar
Müəllif: Zeynəb Əlizadə (şeir mənə məxsusdu)

Şeir və hekayələrimi aşağıdakı saytlardan izləyə bilərsiz:  

Instagram: zeyneb.elizade_seirleri<br />Wattpad: zeyneb_elizade<br />Youtube kanalım: Zeynəb Əlizadə

Qeyd: Şeiri hansısa saytda paylaşarkən müəllif adını yazmağı unutmayın!

 


Davamı →