Dahi sənət fədaisi

Böyük dramaturq, gözəl nasir, mahir tərcüməçi, Azərbaycanın ilk dirijoru, görkəmli ədəbiyyatşünas, rejissor, müəllim, incəsənət işinin, xüsusən teatrın fədakar təşkilatçısı olan Əbdürrəhimbəy Haqverdiyev ömrünün son ilində — 1932-ci ildə görkəmli alim Əziz Şərifə yazdığı məktubda xatırladırdı ki, istirahətə böyük ehtiyacı var. Lakin «islam» zəif olduğu üçün heç yay tətilində də (ADU-da müəllim işləyirdi) Bakıdan çıxa bilməyəcəkdir. Və belə olduqda çətin ki, yaradıcılığının qırx illik yubileyini də görə bilsin. «Amma çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə „xalq ədibi“ namini versinlər. O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəm». Ədibin bu arzularının da heç biri gerçəkləşmir. Böyük Mirzə Cəlil kimi Əbdürrəhimbəy də ömür səfərini möhnətli bir güzəranla başa vurmalı olur...

Davamı →