Türküstan piri – Xoca Yasəvi

Əsl həyatı, tərcümeyi-halı çoxlu sayda müqəddəs rəvayətlər içərisində görünməz olmuş, türkdilli təsəvvüf poeziyasının yaradıcısı, türk dünyasının ən böyük düşüncə ərənlərindən olan və Türküstan müdriki adlandırılan Xoca Əhməd Yasəvi (1093-1166), həmin dövrdə Qaraxanlılar dövlətinə daxil olan, indiki Çimkənd yaxınlığındakı Sayram şəhərində doğulub, məzarı isə Yasıda, indiki Türküstan şəhərindədir.  Onun miras qoyduğu və müridləri tərəfindən «Divani-hikmət» adıyla tərtib edilmiş kitabı türkdilli müsəlman ədəbiyyatının ilk üç incisindən (Yusif xas Hacib Balasaqunlunun «Qutadqu biliq»i, Əhməd Yasəvinin «Divani-hikmət»i, Əhməd Yüqnəkinin «Atibətül-həqaiq»i) biridir. Qeyd edim ki, «Divanü lüğət-it türk»ün müəllifi Mahmud Kaşğari də bu üç nəhənglə eyni zamanda yaşayıb və biz inamla Qaraxanlılar zamanını Türk intibahı zamanı adlandıra bilərik.

Davamı →