Dünyanın ən tanınmış 10 kosmonavtı

Yuri Qaqarin1. İlk növbədə təbii ki, «Vostok-1» kosmik gəmisi ilə kosmik fəzanı fəth etmiş Yuri Qaqarin qeyd edilməlidir. Onun uçuş müddəti 108 dəqiqə çəkmişdi. Bundan sonra Qaqarin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qəhrəmana mükafat olaraq 12-04-YAQ (Yuri Alekseyeviç Qaqarin) nömrəli «Volqa» maşını da hədiyyə edilmişdi.

2. İlk qadın kosmonavt Valentina Tereşkovanın uçuşu 16 iyun 1963-cü ildə «Vostok-6» kosmik gəmisinin göyərtəsində gerçəkləşmişdi. Qeyd edək ki, Tereşkova hələlik kosmosa tək-tənha uçan yeganə qadın kosmonavtdır. Zərif cinsin digər nümayəndələri bunu hansısa ekipajın tərkibində ediblər.

3. Aleksey Leonov — açıq kosmosa çıxan ilk insandır. Bu hadisə 18 mart 1965-ci ildə baş verib. Həmin vaxt açıq kosmosa çıxış 23 dəqiqə çəkmişdi ki, Leonov 12 dəqiqəni kosmik gəmidən kənarda keçirmişdi.  Gəmiyə qayıdarkən isə onun skafandrı şişdiyindən içəri daxil ola bilməmişdi. Yalnız skafandrın içərisindəki artıq təzyiqi buraxdıqdan sonra Leonov istəyinə çatmışdı. Özü də kosmik gəmiyə təlimatda nəzərdə tutulduğu kimi deyil, öncə ayağını yox, başını içəri salaraq daxil olmuşdu.


Ardı →