Azərbaycan ərəbləri

Ərəblər ilk dəfə 7-ci əsrin 40-cı illərində Qafqaza daxil olmuşdur. Ərəb ordusunun Qafqazda ələ keçirdiyi ilk ən böyük yaşayış məntəqəsi Dvin şəhəri idi. Ərəblər 653-cü ildə isə Arrana daxil olaraq Bərdə və Beyləqanı, 654-cü ildə Bələncər şəhərini ələ keçirdi. 692 və 693-cü ildə ərəblər xəzərlərlə şiddətli döyüşlərdən sonra Dərbəndi ələ keçirsələr də xəzərlər tezliklə şəhəri geri qaytara bildi. Ərəblər nəhayət 714-cü ildə Dərbəndi ələ keçirərək burada möhkəmləndilər. Dərbənd uğrunda xəzərlər və ərəblər arasında uzun müddət davam edən müharibələr başlandı. Dərbənd, beləcə, ərəblər üçün xəzərlərə qarşı mübarizədə mühüm bir dayağa çevrildi. Buradan ərəb dəstələri Qafqazın müxtəlif bölgələrinə, o cümlədən Şimali Dağıstana göndərilmiş və Volqanın aşağı axınlarına qədər çatmışdılar (Volkova, 1983:42).

Davamı →