Əsnəmək nələrə faydalıdır?

Bu xəbəri nəzərdən keçirərkən siz, yəqin ki, əsnəyəcəksiniz. Biz niyə və nə üçün əsnəyirik? Çoxları bu sualı özünə verir. Əsnəmə — nəfəs hərəkətidir, adətən qeyri-iradi olub dərindən nəfəsalma və enerjili nəfəsvermədən ibarətdir. Əsnəmə təkcə insana xas deyil. Deyirlər ki, hətta qurbağalar belə əsnəyir. Əsnəmə — bütün heyvanlarda mövcud olan qədim instinktin təzahürüdür. İnsanların çoxu əsnəyən digər adama baxrakən özləri də əsnəyirlər.

Əsnəmə — çox keçici vərdişdir. 42-50% hallarda insanlar kollektiv şəkildə əsnəyirlər, amma 4 yaşından kiçik uşaqlar bu hərəkəti təkrar etmirlər. Şimpanzelər də insanlar kimi kollektiv şəkildə əsnəyə bilirlər.
Davamı →

Biz niyə əsnəyirik?

Təbiət çox maraqlı məkandır. Bir-birinə qətiyyən oxşamayan minlərlə heyvan növündə ortaq xüsusiyyətlər, əlamətlər mövcuddur. Hətta bəzən bu əlamət hansısa növün işinə yaramasa da, yenə də sabit olaraq qalır.

Məsələn, insanda qulaqları hərəkət etdirən əzələnin heç bir işi yoxdur. Lakin yenə də hər kəsdə əmələ gəlir. Bir gün qulaqları hərəkət etdirmək dəbə minsə, inanın, bu dəqiqə qulağını az-çox hərəkət etdirmək qabiliyyətini saxlayan kişilər və dişilər daha çox partnyor qazanacaqları üçün gedərək insanlarda bu xüsusiyyəti lap pişiklər kimi geri qaytarmaq olar.
 
Sözüm onda deyil. Görəsən, niyə əsnəyirik?
Davamı →

Əsnəmək nədən xəbər verir?

Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir. Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.
Davamı →

İnsan niyə əsnəyir?

Əsnəmə insana və bütün onurğalı heyvanlara xas olan bir refleksdir.
Həkimlərin müşahidələrinə görə, ilk dəfə insan ana bətnində olaraq təxminən 12-ci həftəsində əsnəyir.

Əsnəməni bir neçə səbəbi var
— Bizim orqanizmdə beyin oksigenin əsas istifadəçisidir. Oksigenin çatışmazlığı (məsələn, insan boğanaq otaqda olduqda) ilk növbədə beyinin fəaliyyətinə mənfi təsir edir. Bu zaman qoruyucu reaksiya işə salınır — insan qeyri-iradi olaraq əsnəyir və bu zaman orqanizm yığılmış karbon qazından azad olur və çatışmayan oksigeni alır.

Əsnəmə tək beynimizə yox, digər orqan və sistemlərə də müsbət təsir edir. Əsnəmə zamanı ağ ciyərlərimiz açılır və yaxşı ventulyasiya olunur, qan dövranı və mübadilə proseslər sürətlənir. Əsnəmə üz dərimiz üçün də xeyirlidir — bu həm dəri üçün gimnastik hərəkətdir, həm də dərinin oksigenlə zənginləşməsinə kömək edir. Nəticədə dərinin rəngi yaxşılaşır, xırda qırışlar açılır.

— Səhər oyandıqdan sonra əsnəmə orqanizmi aktivləşdirməyə, axşam saatlarında isə yorğunluqla mübarizə etməyə kömək edir.
Ardı →