Ət konservləri

ət konservləriQida məhsulları içərisində ətin konservləşdirilən növləri xüsusi çəkiyə malikdir. Ət konservləri müxtəlif çeşidlərdə olur. Ən geniş yayılan ət konservləri mal, donuz, qoyun, quş ətindən hazırlanır və realizə olunur. Bundan əlavə sağlamlıq problemi olan insanlar üçün dietik, heyvan və süd məhsullardan hazırlanan konservlər də istehsal olunur. 

Ət konservlərinin keyfiyyətini orqanoleptik dadımların, fiziki-kimyəvi analizlərin və lazım gəldikdə mikrobioloji analizlərin nəticələrinə görə təyin edirlər. Həmçinin, konservlərin qablaşdırılması da qiymətləndirilir. Bu çeşid ət konservlərini araşdırarkən etiketdəki məlumatlara, markalanmasına, qabın səthində mümkün ola bilən defektlərə, pas ləkələrinə, lehimlərin yığıntı ölçülərinə, rezinin, yaxud pastanın vəziyyətinə diqqət yetirirlər.

Qabların daxili səthində sterilizə zamanı göy rəngli ləkələr əmələ gələ bilər. Şüşə bankalarda isə dəmir sulfidin tünd rəngli təbəqəsi əmələ gələ bilər. Bu təbəqə ziyansızdır. Lakin konservlərin xarici görünüşünü korlayır. Konservlərin keyfiyyətini təyin edərkən ilk növbədə qabın vəziyyətinə, etiket və markalanmaya diqqət yetirilir. Bu zaman dəmir bankalar təmiz olmalı, deformasiyaya uğramamalı, cızıqsız, tikişi bütöv olmalı, dibi və qapağı düz olmalı, qabarmamalıdır.
Ardı →