Corablar, kolqotkalar

“İkinci dəri”. Yəqin ki, bu ifadəni çox eşitmisiniz. (müasir zamanın kalqotkaları).

Deyilənə görə, corablar e.ə. 600-cü ildə qədim Yunanıstanda meydana çıxıbmış. Orda qədim bir mumia yapıblarmış ki, hansı ki, onun üzərində ev şəraitində hazırlanmış corab var idi. Əvəllər corablar əl ilə toxunardı, amma, sonralar toxunma işinə boş verilmiş və bir də XIII yüzillikdə yenidən bu iş bərpa edilmişdi. Bu vaxtadək isə corabları kətan və dəridən tikib, düzəldirdilər. Artıq XVI əsrdə İspaniyada yenidən əl ilə toxunmuş corablar yayılmağa başladı.

Bu gün hər bir qadının qarderobunda rast gəldiyimiz vacib elementlərdən sayılan corab və kalqotkalar, keçmişə nəzər salsaq görərik ki, bir vaxtlar kişilərin, kavalerlərin də qarderobundan əskik olmazmış. Ən çox da çulkilər. O vaxtı "çulki«siz kişi geyimlərini təsəvvür etmək olmazdı. Elə çulkilər üçün toxuma dəzgahını da ilk olaraq 1589-cu ild ingilis keşişi Vilyam Li düzəltmişdi. Amma, XIX əsr çulkilər üçün dəbdən düşmə başlanğıcı oldu, belə ki, kişilər üçün boruşəkilli şalvarların ərsəyə gəlməsi onların çulkilərdən istifadəsini azaltdı və onlar corabdan istifadə etməyə başladılar.


Ardı →