Xristianların müsəlmanları aldatdığı gün

1 apreli dünyanın bir çox ölkəsi gülüş və aldatma günü kimi qeyd edir. Heç bu günün tarixçəsi ilə maraqlanmısınızmı? Bu bayramın fərqli adları olduğu kimi yaranma günü ilə bağlı fərqli fərziyyələr də var.
Birinci versiya – “Hiylə günü”
XV əsrin sonlarında səlib ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Qışın soyuq keçməsinə baxmayaraq, müsəlmanlar qalanı qorumaq üçün çox vuruşur. Aylarla davam edən mühasirədən bezən səlib ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısına gələrək, bir əlində “Quran”, digər əlində də “İncil” tutub: “Bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, — deyir. Müsəlmanlar qalanı nəhayət səlib ordusuna təslim edir.
Davamı →

Ümumdünya gülüş günü


Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli «Səfehlər günü», Fransada isə «Aprel balığı günü» adlandırırlar.
Tarixi

1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.


Ardı →