Bədii dilimizə aid bəzi qeydlər

Agamusa AxundovBədii dilimizin sürətli inkişafı ilə əlaqədar olaraq dilçilərimiz bu məsələyə aid bir neçə məqalə yazmışlar. Bunlardan R. Rüstəmovun “Uşaqlar üçün yazılmış əsərlərin dili haqqında” (“İnqilab və mədəniyyət” jurnalı, 4-cü sayı, 1952) A. Həsənovun “Dil haqqında Stalin təlimi və müasir bədii dilimiz” (“İnqilab və mədəniyyət” jurnalı, 8-ci sayı, 1951) R. Kazımovanın “Stalin yoldaşın “Marksizm və dilçilik məsələləri” əsəri və müasir Azərbaycan ədəbi dilimiz haqqında” (İ. V. Stalinin dilçiliyə dair əsərləri və Azərbaycan dilçiliyinin məsələləri”, Azərb. E. A nəşri, 1952) və həmin müəllifin “Azərbaycan sovet nəsrində bədii dil və stil məsələləri” (“Azərbaycan” jurnalı, 6-cı sayı, 1953) adlı məqalələrini göstərmək olar. Bu məqalələrdə bədii dilimizin daha da yaxşılaşması üçün əhəmiyyətli cəhətlər çoxdur. Lakin yuxarıda adları çəkilən məqalələrdən özünün elmiliyi, məzmunluluğu ilə  fərqlənən birinci məqalə istisna olunmaqla, qalan yazılarda  bəzi müvəffəqiyyətli cəhətlərlə yanaşı bir sıra səhvlərə yol verilmiş, bədii dilimizin bəzi məsələləri  dolaşdırılmışdır. Bu məqalələrdə nəzərə çarpan əsas səhv müəlliflərin yazıçı dili ilə surətin dilini qarışdırmalarından ibarətdir.


Ardı →