Adil İsgəndərov

Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncə (o dövrdə Azərbaycan Rusiyanın tərkibində olduğundan şəhər Yelizavetpol adlanırdı) şəhərində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra o, Bakıya gəlmiş və 1931-ci ildə burada Teatr Texnikumunu bitirmişdir. Lakin seçdiyi sənət yolunda irəliləmək üçün orta təhsilin az olduğunu hiss edincə o, Moskvaya yollanmışdır. Adil İsgəndərov A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olmuş və 1936-cı ildə oranı rejissor diplomu ilə bitirmişdir. Qeyd etmək lazımdır ki, Moskvada təhsil aldığı illərdə o, Moskva Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçmişdir.


Davamı →

Xalq artisti Adil İsgəndərov haqqında

Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ailədə 4 qardaş, bir bacı olublar. Soyadları İsgəndərov yox, İsgəndərbəyli olub. Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rza bəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib. O, ailə düşmənçiliyinin qurbanı olub. Gəncə İcra Hakimiyyətinin binasının yerində əvvəllər karvansara olub, onun bir hissəsi Adil İsgəndərovun ana babası Möhsün bəyin olub.

Davamı →

Adil İsgəndərov

Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı.

Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.

Adil İsgəndərov 1910-cu il baharın təravətli günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.

Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.


Ardı →