Al Paçino: "Sizə bir hekayə danışacam"

  • Kino
Al PacinoSizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur. Burda pis şey görmürəm — sadəcə insanlar belə yaradılıb. Amma bu dəfə bir əngəl çıxdı.

Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin. Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə gedəcəyim qadın mənim kimi məşhur şəxsdi.

Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: “Sizin avtomobilinizin baqajında köhnə papaqdan-zaddan bir şey var?” O baxdı, papaqla eynəyi tapandan sonra dedi: “Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!” Mən saqqalı taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı.
Ardı →

Al Pacino

  • Kino

Al Pacino“Mən aktyoram, ulduz yox. Ulduzlar Hollivudda yaşayanlardı.”

Amerika kino və teatr aktyoru Alfredo Ceyms “Al” Paçino (25 aprel 1940) Nyu-Yorkda Manhettendə Roza və Salvador Paçinoların ailəsində doğulmuşdur. Valideynləri ayrılanda 2 yaşı olan Paçino anası ilə birgə nənə və babasının yanına köçürlər. Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur. Dostlarının “Soni” deyə çağırdıqları bu gənc professional beyzbolçu olmaq istəyirdi. Eyni zamanda həmyaşıdları onu başqa adla da çağırırdılar — “Aktyor”.

Alfredo dərslərinə heç cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17 yaşında məktəbdən qovulur. Buna görə anası ilə dalaşandan sonra o evi tərk edir. O çox az bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayır. 10 yaşından artıq siqaret çəkən Alfredo 13 yaşında spitrli içkilər və marixuana qəbul etməyə başlayır. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etmədi, baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarını dəyişmişdilər.
“Nyu York Underground” teatrında çıxışlarından sonra o Hertbert Berqhofun “HB Studio”suna qoşuldu. Burada o gələcək müəllimi və dostu Çarli Lautonla tanış olur. Bu dövrdə Alfredo nə bir işə, nə də bir evə malik idi. Bəzən küçədə, ya teatrda, ya da dostlarının evində gecələməli olurdu.


Ardı →