Nasistlərlə ittifaq quran müfti – Hacı Əmin əl-Hüseyni

Fələstində məşhur ailələrdən birində dünyaya göz açan Əmin əl-Hüseyni, həyatını pan-ərəbizmə həsr etmiş, siyasi mübarizəsini bu yöndə davam etdirmişdi. Haqqında onlarla kitab və məqalələr yazılan Hacı Əmin əl-Hüseyni 1921-1937-ci illərdə Britaniya mandatındakı Qüds şəhərinin baş müftisi, eyni zamanda Fələstinin əsas siyasi liderlərindən biri idi. Britaniyanın Fələstin siyasətinə qarşı çıxması və milli müxalif fiqurlardan biri olması ilə yanaşı, əsasən İkinci Dünya Müharibəsində Nasist Almaniyası və İtaliya ilə olan xüsusi münasibətlərinə görə diqqət mərkəzində olmuşdur. Bəzi yanaşmalarda Fələstinin hələ də müstəqillik əldə edə bilməməsinə əsas səbəb kimi onun ziddiyətli siyasəti göstərilir.

Davamı →