Sən, ailənə lazımsan!

Axır vaxtlar yaman kövrək olmusan: “Yanımda yaxın bir adamım olaydı kaş”, — deyə heyifsilənirsən. Çox qəribsəmisən, bəlkə onu görsən, bağrına basıb, qızılgül tək qoxusunu ciyərinə çəkərsən...

Başını söhbətə qatıb, beynində dolaşan qarmaqarışıq fikirlərdən yayındırmaq istəyirəm səni. Bir az da kövrəlirsən, gözlərin dolur, səsin, dodaqların titrəyir, göz yaşlarını gizlətməkdən ötrü üzünü əllərinlə qapayırsan.

Niyə ağlayırsan axı? Nə olub? Allah istədiyi bəndələrini həmişə sınağa çəkir, bunu birdəfəlik qəbul elə. Həyata açıq, ayıq gözlə bax, ağlamaq acizlikdir.

“Həzrəti Yusif” filminə baxırsanmı? Yusif Peyğəmbərin nə qədər ağır əzablardan keçdiyini, qardaşlarının ona zülm etdiyini görürsənmi? Bütün bu zalımlığın qarşılığında isə o, qardaşlarını sonralar da cəzalandırmaq fikrində olmur, əksinə, onları ən hörmətli qonaq kimi qarşılayır. Çünki  bütün varlığı ilə istəyirdi ki, Uca Yaradan zülm və pislik etsələr də, qardaşlarını islah etsin, yanlış düşüncədən, pis niyyətdən daşındırsın. O səbəbdən də Həzrəti Yusif ümidini, ürəyini Allaha bağlayıb, insanlardan deyil, yalnız Uca Yaradandan imdad, mədət, qurtuluş yolu gözləyir, gecə-gündüz dilindən dua düşmür.


Ardı →